İranla bağlı son durum: İsrail yeni plan hazırlayır KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail ABŞ-nin daxili siyasi problemlər və qlobal iqtisadi böhranın daha da artması riski səbəbindən İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə şübhə ilə yanaşır.
KONKRET.az xəbər verir ki, bu barədə “Al-Monitor” İsrailin hökumət mənbələrinə istinadla məlumat yayıb.
Portalın mənbələri bildiriblər ki, İsrail ABŞ-dəki vəziyyəti nəzərə alaraq, İrana qarşı gələcək hərbi tədbirlər üçün bütün mümkün ssenariləri nəzərdən keçirir. Amma İsrail ABŞ-nin İran ərazisinə zərbə endirməyəcəyini ehtimal edir.
“Al-Monitor”un mənbələri həmçinin İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında təmasların əhəmiyyətli dərəcədə azalmasına və iki ölkə arasında münasibətlərin soyumasına da diqqət çəkib.
İsrail hesab edir ki, ABŞ-nin əsas məqsədi hazırda Hörmüz boğazına nəzarəti İrandan almaq və Vaşinqtonun istifadəsi üçün əlverişli şərtlər tətbiq etməkdir. Həmçinin İsrail ABŞ liderinin Hörmüz boğazına fokuslanmasının Vaşinqtonu hərbi əməliyyatın ilkin səbəbi olan İranın nüvə və ballistik raket proqramlarına laqeyd qalmasına səbəb olacağından ehtiyat edir./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 May 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















