İranla bağlı yeni vəziyyətdə NATO üzvləri Amerikanı dəstəkləyəcək Əli Mustafa
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
23 yanvar 2026-cı ildə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazdığı paylaşımda ölkəsinin NATO-nu “sınaqdan keçirməli” olduğunu deyib, bunun üçün də 5-ci maddəni işə salıb müttəfiqləri ABŞ-nin cənub sərhədini “qeyri-qanuni miqrantların invaziyasından” qorumağa cəlb etməyin mümkünlüyünü irəli sürüb.
Maraqlıdır, Ameria liderinin təklifi NATO-nun Nizamnaməsinə uyğundurmu? Yəni miqrantlar silahlı hücum edən şəxs deyillərsə, NATO üzv dövlətin ərazisini necə qorumalıdır? Trampın bu təklifdə məqsədi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi ki, Trampın bir çox məsələlərdə aşırı giley-güzarçı olduğu məlumdur:
"Xüsusilə Avropa İttifaqına, Kanadaya və NATO-ya münasibətdə bu yanaşmadan istifadə edir. Bu, ola bilsin, siyasi üsuldur. Bəzən müttəfiqləri qınayır, onları nəyisə etməməkdə suçlayır, yaxud Amerikanın uzun illər Avropa üçün etdiyi işləri önə çıxararaq onların üzərinə təzyiq göstərir və müəyyən məsələlərdə əsaslar qazanır. Hər halda, Trampın bu orijinal yanaşmasını bir il ərzində dəfələrlə müşahidə etmişik. Avropa İttifaqı, NATO və avroatlantika tərəfdaşları onun bu iradlarından ciddi şəkildə narahat olublar. O, münasibətləri dəyişdirmək, qırmaq, yeni model formalaşdırmaq üçün bəzən tərəfdaşları əsassız və əsaslı olaraq müəyyən addımlar atmağa vadar edir. Konkret olaraq, beşinci maddə ilə bağlı irəli sürdüyü məsələlər, miqrantlarla mübarizədə digər NATO üzvlərinin rolu həmin maddənin ruhuna uyğun deyil".
Müsahibimiz nəzərə çatdırdı ki, Tramp Qrenlandiyanın Amerikaya verilməsini istədi, NATO tərəfdaşları isə Qrenlandiyanın Danimarkanın bir hissəsi olduğunu vurğuladı.
"Bu məsələdə qarşıdurma yarandı və Tramp NATO-ya qarşı qınamalarını gündəmə gətirdi. ABŞ-nin Avropanı qorumaq üçün 50 trilyon dollar xərclədiyi və Avropanın heç nə etmədiyi barədə arqumentlər irəli sürüldü. Amma NATO baş katibi Mark Rutte çıxışında bildirib ki, NATO hər zaman Amerikanı müdafiə edib və onun yanında olub. Əfqanıstan, İraq və digər hərbi əməliyyatlarda NATO ABŞ-nin yanında durub və dəstək verib. Baş katib bu arqumentlə Trampın iddiasını neytrallaşdırdı və göstərdi ki, Amerika həm də Avropanı dəstəkləyib. Digər tərəfdən, İkinci Dünya müharibəsindən sonra qalib olaraq Amerika Avropa və bir sıra Asiya ölkələrinin çətiri olub. Dünyanın əhəmiyyətli hissəsinə hakim olan imperiya kimi öz üzərinə düşən işləri yerinə yetirib və müttəfiqlərini də dəstəkləyib. Hazırda hesab edirəm ki, miqrantlarla mübarizədə NATO-nun iştirakı o qədər də məqbul deyil. Həmçinin Amerikanın içində bu məsələyə dair ciddi narahatlıqlar və etirazlar mövcuddur, bəzi şəhərlərdə üsyanlar belə baş verib. Bu, artıq ABŞ-də Tramp hakimiyyəti ilə xalq arasında münasibətləri də gərginləşdirir. Buna görə də NATO-nun məsələyə müdaxiləsi təbii deyil. Beşinci maddənin tətbiqi və miqrantlarla bağlı məsələlər digər NATO üzvlərinin Amerikaya dəstəyi gündəmdə deyil. Xüsusilə İranla bağlı yeni vəziyyətdə NATO üzvləri Amerikanı dəstəkləyəcək və onlarla birlikdə İrana qarşı müəyyən addımlar atacaqlar. Britaniyanın fəaliyyəti barədə də artıq məlumatlar var. Buna görə də, bu mərhələ geridə qalıb və Trampın da bunu unudacağı gözlənilir", - deyə Əli Mustafa bildirdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















