Icma.az
close
up
RU
Статья не опубликована
İranla müharibə, Üçüncü Dünya Müharibəsinə yol aça bilər Sultan Zahidov

İranla müharibə, Üçüncü Dünya Müharibəsinə yol aça bilər Sultan Zahidov

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

“İran məsələsi, Donald Trampın xarici siyasətində və Yaxın və Orta Şərq siyasətində prioritet məsələlərdən biridir. Hələ prezidentin ilk dövründə Tramp İrana xüsusilə diqqət ayırmış və ABŞ-nin 2015-ci ildə İranla imzaladığı nüvə sazişindən çıxmasına səbəb olmuşdu. Tramp, İsrail yəhudi diasporasına yaxınlığı ilə tanınan bir şəxsdir və bir çox hallarda İsrailin maraqlarını, bəzən ABŞ-nin maraqlarından daha çox nəzərə alır. Bu siyasət, ABŞ daxilində bəzi idarələr tərəfindən tənqid olunur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Xatırladaq ki, İranla razılığa gəlməyə üstünlük verdiyini bildirən ABŞ-nin keçmiş prezidenti Donald Tramp, ikinci dərəcəli tariflərin tətbiqi ilə bağlı qərar verəcəyini açıqlayıb. Tramp qeyd edib: “Bir nəticəyə gəlib-gəlməyəcəyimizə baxacağıq. Əgər bu baş verməsə, işlər çox pisləşəcək.” O, prezident təyyarəsində jurnalistlərə “digər variantdan razılığa gəlməyə üstünlük verdiyini” deyib və əlavə edib: “Təsəvvür edirəm ki, bu təyyarədə olan hər kəs həmin variantın nə olduğunu bilir və bu, arzuolunan seçim deyil.”

Siyasi şərhçi bildirdi ki, İsrail hazırda İranın hər cür təhdidə qarşı neytrallaşdırılmasına çalışır.

“İsrailin 2025-2026-cı illər üçün nəzərdə tutduğu Milli Təhlükəsizlik Doktrinasında da qeyd edilib ki, İranla bağlı üç ssenari mümkündür: İranla razılığa gəlmək, yəni İranın nüvə inspektorlarını ölkəyə buraxması və nüvənin zənginləşdirilməməsi ilə bağlı öhdəlik götürməsi. Əgər İran ABŞ ilə razılığa gəlməzsə, bu vəziyyət daha təhlükəli olacaq, çünki İran nüvənin zənginləşdirilməsini həyata keçirə bilər və 90 faiz xətti keçmək istəyində ola bilər. Ən pis ssenari isə, İranla ABŞ arasında razılıq imzalanmaması və İranın nüvənin 90 faiz zənginləşdirilməsini həyata keçirməsidir. Bu, İsrail üçün eksistensial təhdid yaradar və belə bir vəziyyətdə İsrail, İranın nüvə istehsal edən zavodlarını hədəfə alacaq. ABŞ-də bu məsələyə belə yanaşır. Tramp, prezidentliyinin ilk dövründə qeyd etmişdi ki, ABŞ, İran üzərində maksimum təzyiq siyasəti həyata keçirəcək. Hədəf, İranın nüvə silahı əldə etməməsi və uranın 90 faiz zənginləşdirilməməsidir. İsrail, bu müddətdə İranın zəiflədiyini düşünür. Son bir ildə İranın proksi qüvvələri İsrailin hücumları nəticəsində xeyli zəifləyib, bu da İranın müqavimət gücünü zəiflədir. İsrail, bu vəziyyətdən istifadə edərək, İranın nüvə arsenalını məhv etmək istəyir və bunun qarşısını almaq üçün ABŞ ilə razılıq imzalanması zəruridir. Donald Tramp indi buna çalışır, amma hələ də bu məsələdə hər hansı bir irəliləyiş yoxdur”.

Siyasi şərhçi daha sonra bildirib:

“Donald Tramp, İrana məktub göndərmişdi və İran cavabında bildirib ki, ABŞ maksimum təzyiq siyasətini davam etdirdiyi müddətcə, İran ABŞ ilə birbaşa danışıqlar aparmayacaq. Bu vəziyyətdə İranın nüvə məsələsi ətrafında qeyri-müəyyənlik davam edəcək, bu da ABŞ-nin İrana qarşı təzyiqləri artırmağa və hətta İsraillə birgə hərbi əməliyyatlar həyata keçirməyə səbəb ola bilər. Lakin, bu, son seçimdir, çünki hərbi əməliyyatların özünün tərəfləri var və bu, ABŞ-nin Orta Şərq siyasətinə mənfi təsir edə bilər. İran, 80 milyonluq bir ölkə olaraq, öz təbii resurslarına və güclü hərbi qüvvələrinə sahibdir, eyni zamanda Rusiya və Çin kimi böyük dəstəkçiləri var. İranla müharibə, hətta üçüncü dünya müharibəsinə yol aça bilər. ABŞ rəhbərliyi də məhz bundan ehtiyat edir və bu səbəbdən indiki mərhələdə danışıqlar yolu ilə İranın nüvə silahı əldə etməməsi ilə bağlı öhdəlik götürməsinə nail olmağa çalışır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 31 Mart 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri