İranla oyunun ən yaxşısı: Biz bir birimizə inandıq və mübarizə apardıq
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Düşünürəm ki, bu qələbə qapıçı və ya bir futbolçu ilə bağlı deyil". Sport24.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin qapıçısı Elbrus Kərimov deyib.
Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf kubokunun İranla matçının ən yaxşısı seçilən qolkiper qarşılaşma barədə fikirlərini bildirib: "Hər birimiz yaxşı oynadıq. Komanda yoldaşlarımın hər birinə təşəkkür edirəm. Biz bir-birimizə inandıq və mübarizə apardıq. Əzmkarlıq nümayiş etdirdik. Dünənki matçdan sonra bərpa olunmaq üçün vaxt yox idi. Ölkəmiz, vətənimiz, valideynlərimiz və yaxınlarımız üçün oynayırıq ki, onları sevindirək".
Qeyd edək ki, ilk turda Rusiyaya 0:3 hesabı ilə uduzan millimiz bu gün İrana qalib gəlib – 1:0.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 17 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















