İranlı general: “Yeni hücumun alovu hər kəsi bürüyəcək”
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın Baş Qərargah rəisi və Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi ölkəsinə qarşı yeni hücum olacağı təqdirdə müharibənin daha da şiddətlənəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Abdullahi İran mediasına açıqlamasında ABŞ və İsrailin İrana yeni hücum ehtimalını qiymətləndirib.
General ABŞ və İsrail tərəfindən yeni hücumun baş verəcəyi təqdirdə bunun nəticələrinin bütün regiona təsir edəcəyini iddia edib.
“İrana qarşı yeni bir hücumun alovu hər kəsi bürüyəcək”, – deyə Abdullahi bildirib.
İranlı general İsrailin Baş naziri Binyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərinə də münasibət bildirib.
Abdullahi Netanyahunun bölgədə olmasını və İranın nüvə proqramının hərbi mərhələyə keçdiyi ilə bağlı iddiaları tənqid edib.
“Sionist dəstəsinin rəhbərinin bölgədə olması və İranın nüvə proqramının hərbi mərhələyə keçdiyinə dair iddiaları tamamilə xəyaldır. Qoyun cildində canavar rolunu oynamağı dayandırın və İranın nüvə obyektləri ilə bağlı əsassız açıqlamalar verməkdən çəkinin”, – deyə o vurğulayıb.
Aytən Yaşar / Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Oktyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















