İranlı nazir müavinindən şok alkoqol açıqlaması
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün İranın səhiyyə sisteminin problemlərindən biri də spirtli içki istehlakı ilə bağlı olan məsələdir.
Ölkə.az xəbər verir ki, bunu İran səhiyyə nazirinin müavini Əlireza Rəisi deyib.
İranın səhiyyə sistemindəki problemlərə toxunan nazir müavini Rəisinin sözlərinə görə, ən ciddi problemlərdən biri də spirtli içkilərin istehlakı ilə bağlı olan məsələdir. “Bu mövzunu qaldıran kimi bəziləri deyir ki, hanı içki? Məgər İslam ölkəsində spirtli içki istehlakı var? Bəli, var. Özü də çox böyük sayda insan istifadə edir. Hətta onu da qeyd edərdim ki, adambaşına düşən spirtli içki istehlakı çox yüksəkdir. Bu problemi qəbul etməliyik”, - Rəisi qeyd edib.
Nazir müavini əlavə edib ki, dediklərinin təsdiqi üçün ölkədəki xəstəxanalarda spirtli içkidən əziyyət çəkən insanların statistikasına nəzər salmaq yetərlidir. “Bu gün Tehran və Şirazın qaraciyər transplantasiyası şöbələrinə baxın və görün xəstələrin neçə faizi spirtli içki qəbuluna görə qaraciyət serrozundan əziyyət çəkir”, - nazir bildirib.
Onun fikrincə, ölkədə alkoqolla bağlı məsələ hökumət səviyyəsində açıq şəkildə etiraf edilməli və alkoqoldan əziyyət çəkənlər üçün xüsusi tibbi reablitasiya mərkəzləri yaradılmalıdır: “Əks halda, biz heç nə əldə edə bilməyəcəyik və vəziyyət getdikcə daha da pisləşəcək”.
Mürtəza

