İranlı nazirə canlı yayımda “donuz” dedilər: Ölkələr qarışdı FOTO
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistanın milli müdafiə nazirinin keçmiş müşaviri və hərbi ekspert Qarav Arya İran xarici işlər naziri Abbas Araqçını təhqir edib. Bu, iki ölkə arasında böyük siyasi qalmaqal yaradıb.
Turkustan.az xəbər verir ki, Qarav Arya iranlı nazirin Hindistana səfərini canlı televiziya proqramında şərh edib:
“Araqçı Pakistanda olub və Şahbaz Şərif də daxil olmaqla, ölkənin yüksək rəhbərliyi ilə görüşüb. Daha sonra Hindistana gəlib. Əgər bu donuz oğlu donuz səmimi idisə, Pahalgamda baş vermiş terror hadisəsindən dərhal sonra Hindistana gəlməli idi. İran rəsmilərinin hamısı qeyri-səmimidir və daha çox öz maraqlarına xidmət edirlər”.
Proqram zamanı Qarav Arya ekranda Araqçı ilə bağlı xəbərin footsuna da donuz yazıb. Bu isə rəsmi Tehran tərəfindən narazılıqla qarşılanıb.
Hadisə ilə bağlı Tehrandakı Hindistan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Hindistan səfirliyi isə bildirib ki, Qarav Arya azad vətəndaşdır və səsləndirdiyi fikirlər Hindistan hökumətinin rəsmi mövqeyini əks etdirmir.
Xatırladaq ki, donuz islamda haram sayılır. /cebheinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 11 May 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















