İraq ABŞ ın atəşkəslə bağlı İrana mesaj göndərməsini təkzib edib
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
İraq hakimiyyəti Baş nazir Əli əz-Zeydinin Tehrana səfəri zamanı ABŞ-ın atəşkəs təklifini qarşı tərəfə çatdırdığı və İran rəhbərliyindən rədd cavabı alması barədə məlumatları təkzib edib.
525.az xəbər verir ki, bu barədə İraq Baş nazirinin mətbuat xidməti açıqlama yayıb.
"23 iyul 2026-cı ildə "The New York Times" qəzetində dərc olunmuş məlumatda yer alan iddialar əsassızdır və həqiqətə uyğun deyil. Biz medianı dəqiq olmağa, rəsmi mənbələrə etibar etməyə, təsdiqlənməmiş və ya naməlum mənbələrə aid edilən informasiyaları yaymamağa çağırırıq”, - açıqlamada vurğulanıb.
Daha əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən yazıb ki, Tehran İraq Baş naziri tərəfindən çatdırılan Vaşinqtonun atəşkəs təklifini rədd edib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 24 İyul 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















