İraq parlamentarisi: Qarabağ Zəfəri ilə Azərbaycan yurdundanyuvasından didərgin salınmış xalqlara ümid işığı oldu
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Qarabağ Zəfəri ilə bütün dünyaya, xüsusilə də yurdundan-yuvasından didərgin salınmış xalqlara ümid işığı oldu. Qarabağ Zəfərinin tarix kitablarında hərbi strategiya baxımından yeni səhifə açması təsadüfi deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi dekabrın 7-də keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı səsləndirib.
Ərşad Əl-Salihi vurğulayıb ki, Azərbaycan qısa müddət əvvəl Türkmən eli üçün Kərkükdə ilk məktəbi bərpa edib. “Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Türkmən eli hər zaman Türkiyəyə və Azərbaycana arxalanır. Hesab edirəm ki, İraq Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunmalıdır. Bizim ortaq dəyərlərimizin ən gözəl nümunələrindən biri Füzulidir. Onun qələmi yalnız Türkmən elinə deyil, bütün İslam dünyasına işıq saçıb”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 07 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















