İraq Ukraynadakı münaqişənin həlli üçün bütün səyləri dəstəkləyir
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bağdad Ukraynadakı münaqişənin həllinə yönəlmiş bütün səyləri dəstəkləyir və tərəflər arasında dialoqun zəruriliyini vurğulayır.
Xalqcebhesi.az xəbər verir ki, bunu Aşqabadda Beynəlxalq Sülh və Etibar Forumunda çıxışı zamanı İraq prezidenti Əbdüllətif Rəşid deyib.
"Biz Ukraynada hərbi əməliyyatların dayandırılmasına yönəlmiş bütün beynəlxalq səyləri dəstəklədiyimizi bir daha təsdiqləyirik. Biz nizamlanmaya nail olmaq üçün münaqişə tərəfləri arasında dialoqun fəallaşdırılmasının vacibliyini vurğulayırıq", - o qeyd edib.
Prezidentin sözlərinə görə, İraq qlobal səviyyədə "bütün münaqişəli vəziyyətlərin həlli üçün bütün sülh təşəbbüslərini dəstəkləyir" və "bütün ölkələrlə balanslaşdırılmış əlaqələr qurmağa çalışır".
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 12 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















