İraqda zooparkda pələng yeniyetməni ağır yaralayıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Qahirə, 21 mart, AZƏRTAC
İraqın əz-Zəvra Heyvanat Parkında Sibir pələngi yeniyetməni ağır yaralayıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün baş verib.
Zooloji parkdan verilən xəbərə görə, ziyarətçilərdən biri dostları ilə birlikdə təhlükəsizlik hasarını keçərək yırtıcı heyvanlara baxan işçilər üçün ayrılmış əraziyə daxil olub. O, Sibir pələnglərindən birinə yaxınlaşıb və onu qıcıqlandırmağa cəhd edib. Nəticədə heyvan onun ayağından tutaraq qəfəsin içərisinə çəkib. Ağır yaralanan yeniyetmə oğlanı vəhşinin caynaqlarından güclə xilas etmək mümkün olub.
Bildirilib ki, hadisə ərazidə təhlükəsizlik qaydalarının açıq şəkildə pozulması nəticəsində baş verib. Mühafizəçilər və işçi heyət tərəfindən vəziyyətə müdaxilə edilib, şəxs xilas olunaraq müalicə üçün xəstəxanaya çatdırılıb. Onun vəziyyəti hazırda stabildir və lazımi tibbi yardım alır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:126
Bu xəbər 21 Mart 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















