Icma.az
close
up
RU
İraqdan İrana: Eyni bəhanənin yeni ünvanı?

İraqdan İrana: Eyni bəhanənin yeni ünvanı?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bir zamanlar Bağdadın üzərinə bombalardan əvvəl yalan yağdı. Göz görmədi, qulaq eşitmədi, dil susdu... Görmək, eşitmək və danışmaq növbəsi silahlara çatdı. Yüzminlərlə insanın ölümünün izahı isə cəmi bir cümlə oldu:

"Bağışlayın, səhv etdik".

İndi isə həmin "külək" Tehranın qapısını döyür, həmin ssenari İran üçün yazılır: Nüvə silahı və amansız qarşıdurma.

Əslində isə tarix təkrar olunmur, eyni əllər onu yenidən yazır.

2003-cü ildə ABŞ rəhbərliyi və koalisiya qüvvələri "nüvə silahı təhlükəsi" bəhanəsi ilə İraqa hücum etdilər. Lakin sonradan məlum oldu ki, İraqda kütləvi qırğın silahları mövcud deyil. ABŞ rəsmiləri bunu "kəşfiyyat xətası" kimi təqdim etdilər. Mövzuya İraqın işğalı ilə başlamağım əbəs deyil, çünki İran ətrafında baş verənlər də aşağı-yuxarı həmin hadisə ilə oxşarlıq təşkil edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə silahına malik olmadığını açıqlasa da, İsrail hökuməti və bəzi Qərb dairələri, ələlxüsus Birləşmiş Ştatlar İranı məhz bu iddia ilə ittiham edib, iyunun 13-də Tehrana hücumun reallaşmasına zəmin yaratdılar. Lakin problem ondadır ki, İraq nümunəsi göstərdi ki, "təhlükənin qarşısını almaq" adı altında aparılan hücumlar sonradan əsassız çıxsa da, artıq minlərlə insan həyatını itirmiş olur. İranla bağlı ssenari də bu baxımdan oxşar paralellər yaradır. Bu da özlüyündə suallar yaradır:

Nüvə təhlükəsi bəhanədir, yoxsa real təhlükə? Üstəlik, sadəcə, təhlükə hücuma əsas yaradırmı?

Çünki beynəlxalq sistemdə obyektivlik prinsipi əsas götürülsə, BAEA kimi müstəqil qurumların rəyləri əsas olmalıdır. Əks halda, "nüvə silahı" anlayışı, İraqda olduğu kimi, siyasi alətə çevrilir. Düzdür, beynəlxalq hüququ yazan beynəlxalq təşkilatların elə Qərbin əlində olduğunu, bu hüququ da Qərbin pozduğunu nəzərə alsaq, vəziyyətin həmin dairələrin əlini gücləndirməkdən başqa bir işə yaramadığını görmüş olarıq. Ona görə də bu gün beynəlxalq hüquq fiaskoya uğrayıb, onu mühafizə edən təşkilatlara da artıq məhəl qoyanların sayı da az qala günbəgün azalır.

İndi keçək əsas suala: Əgər İranda nüvə silahı yoxdursa, niyə hədəf seçilir?

İsrail üçün İran yalnız bir dövlət deyil, ideoloji, dini və geosiyasi düşməndir. İranın Yaxın Şərqdə "Hizbullah", HƏMAS, "Ənsar Allah" və digər şiə hərəkatlarına verdiyi dəstək Təl-Əvivin təhlükəsizlik konsepsiyasını təhdid edir. ABŞ isə İsrailin regiondakı əsas strateji müttəfiqidir. Əslində, bu yanaşma bir az da Rusiyanın Ukraynaya münasibətinə bənzəyir. Məsələn, İkinci Dünya müharibəsindən sonra Rusiyada belə bir yanaşma formalaşmışdı ki, Moskva öz sərhədlərini sərhəddə qoruya bilməz. Bu, Rusiya üçün milli təhlükəsizlik strategiyasıdır. Ona görə də Rusiyadan sonra neytral dövlətlər olmalıdır. Bu baxımdan, Rusiya ilə həmsərhəd ölkə düşmən də olsa, neytral qalmalıdır. Dövlətlərin müstəqil qərar vermək hüququ olduğu üçün, bu, beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etsə də, praktiki baxımdan bunu tələb edən tərəf də haqlıdır. Yuxarıda qeyd etdiyim kimi, beynəlxalq hüquq böyük dövlətlərin işini asanlaşdırmaq üçündür, Rusiya da bunu başa düşür ki, NATO-nun şərqə doğru genişlənməsi, yəni sərhədlərinə doğru gəlməsi Moskva üçün təhlükəli ola bilər. Ona görə də Rusiya beynəlxalq hüquqdan yox, real siyasətdən yola çıxıb, Ukraynanın ərazilərini işğal edib. Yəni Kiyev beynəlxalq hüquqa əsasən haqlı olsa da, presedentlər ərazi bütövlüyünü itirməsinə gətirib çıxarıb. Bu baxımdan, İran müstəqil siyasətində haqlı olsa da, İsrail üçün həm də təhlükə mənbəyi olması bu dəfə milli təhlükəsizliyini qorumaq üçün Təl-Əvivin haqlı olduğunu deməyə əsas verir. Xüsusən də İranın dəstəklədiyi silahlı qruplaşmaların bəzi ölkə və təşkilatlar tərəfindən terror təşkilatı kimi tanınması İsrailin əlini bir az da gücləndirir.

Bəs belə olan halda, Qərbin təhlükə anlayışı həqiqətdir, yoxsa siyasi məqsədlərə xidmət edir?

İraqda nüvə silahı yox idi, lakin zəngin neft yataqları var idi. Eyni zamanda, regionda rejim dəyişikliyi ABŞ üçün strateji üstünlük demək idi. İran da təkcə nüvə proqramı ilə deyil, Çin və Rusiya ilə yaxınlaşması, dollar sistemindən kənar iqtisadi niyyətləri ilə də Qərbin maraqlarına zidd mövqedədir. Bu isə nüvə silahının Qərbin qlobal güc məqsədlərinə xələl gətirənlərə qarşı həyata keçirdiyi bəhanə kimi də qiymətləndirilir. İraqda ABŞ-nin "səhvi" yüzminlərlə insanın həyatını itirməsinə, ölkənin dağılmasına, yeni terror təşkilatlarının yaranmasına səbəb oldu, "üzrxahlıq" isə yaranan nəticəni aradan qaldırmadı. Bu baxımdan, eyni "səhv" İran kontekstində təkrarlansa, nəticə yalnız regional deyil, qlobal qarşıdurmaya gətirib çıxara bilər. Çünki İran tək deyil, onu müdafiə edən dövlətlər var və bu, yeni bir soyuq müharibənin qızmar cəbhəsi deməkdir.

Təbii ki, nüvə silahı bu gün beynəlxalq təhlükəsizlik üçün ciddi problemdir. Amma bu problemə yanaşma obyektiv və beynəlxalq hüquqa əsaslanmalıdır. Əks halda, bu sistem yalnız "güc sahibi"nin baxış bucağı ilə işləyirsə, o zaman "təhlükə" anlayışı siyasi alətə çevrilir. Yoxsa İranın nüvə silahına malik olmasını istəməyən, amma özü dünyada sayca ikinci ən çox nüvə başlığına sahib olan ABŞ, eləcə də İsrail niyə bu silahlardan imtina etmirlər?

Bütün bunların fonunda situasiyanın potensial nəticələrini proqnozlaşdırmaq zəruridir:

1. Regional nəticə: Yaxın Şərq yenidən, həm də genişmiqyaslı alova qərq ola bilər. Çünki bu, sadəcə, iki dövlətin qarşıdurması olmayacaq. İranın təsir dairəsində olan regional silahlı qruplaşmalar hərəkətə keçə bilər, bu da Livan, Yəmən, Suriya, İraq və bəlkə də, Fars körfəzi boyunca gərginliyin alovlanması deməkdir. Bununla da regional qarşıdurma, müharibə və humanitar böhran ehtimalı böyükdür.

2. Qlobal nəticə: Məlumdur ki, İran tək deyil, Rusiya və Çin Qərbə qarşı Tehranı dəstəkləyir. Bu azmış kimi, Koreya Xalq Demokratik Respublikası da İrana dəstək bəyanatı ilə çıxış edib və ordunun hazır vəziyyətdə olduğunu vurğulayıb. Çin İranla enerji və ticarət baxımından sıx əlaqələrə malikdir. Rusiya isə xüsusən də Ukrayna ilə müharibədə Qərbə qarşı dayanıb və İranla hərbi əməkdaşlığı dərinləşdirir. Bu da Qərbin işini çətinləşdirən əsas amillərdəndir. Bu gərginliyin dərinləşməsi qlobal iqtisadi və diplomatik parçalanmaya gətirib çıxara bilər ki, bu da heç kimə sərf eləmir.

3. Siyasi-ideoloji nəticə: Proses bu şəkildə davam edərsə, bu, beynəlxalq hüququn iflasıdır. Çünki bundan sonra başqa dövlətlər də beynəlxalq normaları görməzdən gələ bilər.

Bu səbəbdən, nəticə həm bölgə, həm dünya, həm də beynəlxalq hüququn gələcəyi üçün həssas və təhlükəlidir.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyun 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri