İrəvan Bakıdan sülh sazişinə dair suallara cavab istəyəcək
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Ermənistan yeni Konstitusiyanın qəbul edilməsinin Azərbaycanla sülhün bərqərar olması üçün kifayət edib-etməyəcəyini və sülh sazişinin imzalanmasının bütün mübahisəli məsələlərin birdəfəlik həlli demək olub-olmayacağını aydınlaşdırmaq niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.
“Ermənistan yeni Konstitusiyanı qəbul etdikdən sonra Azərbaycanla sülh sazişi imzalanacaqmı? Sazişin imzalanmasının özü Ermənistanla Azərbaycan arasında münasibətlərdə heç bir münaqişəli gündəmin qalmayacağı hərtərəfli sülhün qurulması demək olacaqmı?” - deyə Paşinyan suallar səsləndirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda İrəvanın səyləri məhz bu suallara cavab almağa yönələcək.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu məsələsində müxalifətin dəstəyini ictimai təzyiq formalaşdırmaq yolu ilə əldə edəcəyini bildirmişdi.
Buna cavab olaraq “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan hakimiyyətin təklif etdiyi konstitusiya dəyişikliklərinin əleyhinə səs verəcəklərini açıqlamışdı.
Qeyd edək ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün bu ölkənin Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürür.
Konstitusiya dəyişikliklərinin və ya referendumun təşəbbüs edilməsi üçün hakim siyasi qüvvənin parlamentdə deputatların üçdə iki səs çoxluğunu əldə etməsi lazımdır.
2026-cı il iyunun 7-də keçirilən seçkilərin nəticələrinə əsasən, 49,81 faiz səs toplayan hakim “Mülki müqavilə” partiyası konstitusiya çoxluğunu qazana bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Noyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















