Icma.az
close
up
RU
İrəvan sülh yox, hakimiyyət uğrunda mübarizə aparır ŞƏRH

İrəvan sülh yox, hakimiyyət uğrunda mübarizə aparır ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan xarici təsirlərin əlindədir

Albaniyanın paytaxtı Tiranada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir görüş baş tutdu. Avropa Siyasi Birliyi təşəbbüsünün 6-cı sammiti çərçivəsində reallaşan budəfəki görüş daha çox “söhbət-ünsiyyət” formatında oldu. Yayılan videomaterialda əvvəlcə dəhlizdə ölkə başçısı İlham Əliyevlə Paşinyan arasında baş tutan söhbət əks olunur. Daha sonra videoda görünür ki, həmin masaya Azərbaycanın prezidentinin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Paşinyanın mətbuat katibi də qoşulublar. Görüşlə bağlı yayılmış rəsmi məlumat qısa və standartdır. Qeyd olunub ki, tərəflər sülh sazişinin mətninin razılaşdırılmasını vacib hesab edib, mövcud vəziyyəti müzakirə edib və sazişin imzalanması istiqamətində prosesi davam etdirməyin önəmini vurğulayıblar. Əlavə detallara dair heç bir məlumat açıqlanmayıb. Prezidentin köməkçisi Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip və hətta bu sənədin mətni də Bakı tərəfindən, Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistan tərəfinə təqdim edilib. Onun sözlərinə görə, bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğu, nə qədər dəstəklədiyinin növbəti bariz təcəssümüdür”. Eyni zamanda, H.Hacıyev Bakı və İrəvan arasında sülh müqaviləsi mətni üzrə işin yekunlaşdığını xatırladıb: “Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq”. Onun fikrincə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb: “Amma məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun”.


Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, əsas məsələ Ermənistan Baş naziri Nikol Paşinyanın həqiqətən sülh istəyində səmimi olub-olmamasıdır. Partiya rəhbəri qeyd edib ki, Ermənistanın siyasəti hər zaman vahid mərkəzdən idarə olunub: 


"İrəvan hökuməti bugünədək kənardan verilən sifarişləri yerinə yetirir. Xaricdə erməni lobbisi və kilsənin qoşulduğu mərkəzlər var. Ona görə də Paşinyanın sülh təşəbbüsləri inandırıcı deyil. Üzdə sülh sazişinin imzalanmasında səmimi olduqlarını göstərirlər, amma reallıqda erməni siyasətinə xidmət edirlər. Məqsəd indiki məqamda nəyi etmək mümkündürsə, onu etmək, digər məsələləri isə sonraya saxlamaqdır. Son günlərdə şərti sərhədlərdə baş verən təxribatlar, atəşkəsin pozulması halları bu prosesin tərkib hissəsidir. Erməni tərəfi təxribat törədir, ardınca Paşinyan hökuməti açıqlama verir ki, onların bundan "xəbəri yoxdur". Bunların hamısı daxili və xarici ictimai rəyi aldatmağa xidmət edir. Əslində, Paşinyanın hər şeydən xəbəri var. Baş nazir yaxşı bilir ki, indiki şəraitdə sülh müqaviləsinə gedərsə, bu, Ermənistanın ziyanına olacaq. Paşinyanın indi ən böyük amalı hakimiyyət ömrünü uzatmaqdır. Bunun üçün də 2026-cı ildə keçiriləcək parlament seçkisində qalib gəlməlidir. Digər tərəfdən isə məğlub və zəif durumda güclü Azərbaycan və Türkiyə tandemi qarşısında sülh sazişini imzalamaq istəmədiyi üçün vaxtı mümkün qədər uzatmağa çalışır. Regionda şəraitin dəyişməsini gözləyirlər. Məsələn, Türkiyədə hakimiyyət dəyişərsə, Qərbin dəstəklədiyi siyasi güclərin hökuməti qurularsa, o cümlədən, ABŞ-də, Avropada Rusiyada hakimiyyət dəyişiklikləri olarsa, İrəvan öz dəstəyini artırmış olacaq. O səbəbdən "Paşinyan real sülh istəyir, amma edə bilmir" fikrini qəbul etmirəm. Paşinyan özü də həmin xəttə xidmət edir. Ermənistan baş nazirinin İTV-yə açıqlaması, ümumiyyətlə, son günlərdə həm Konstitusiya, həm də Minsk qrupu ilə bağlı dedikləri bunun aşkar sübutudur. Paşinyan hakimiyyəti heç vaxt özbaşına Azərbaycanın tələblərini yerinə yetirməyəcək. Yəni İrəvan təzyiq olmasa, güc tətbiq edilməsə, Bakının şərtlərini icra etməkdən boyun qaçıracaq". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2025 02:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri