İrəvan meri postu uğrunda mübarizə Simonyan da namizəddir
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası daxilində İrəvan meri vəzifəsi uğrunda rəqabət güclənib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşrin hakimiyyət daxilindəki mənbələrinə istinadən yazdığına görə, 2028-ci ildə keçiriləcək mer seçkilərinə hələ iki il qalmasına baxmayaraq, hazırkı mer Tiqran Avinyanla Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentin keçmiş sədri Alen Simonyan arasında ciddi rəqabət yaranıb.
İddia olunur ki, Simonyan yaxın çevrəsinə İrəvanın növbəti meri olacağını bildirib. O, öz siyasi reytinqinin Avinyandan yüksək olduğunu düşünür və hakim partiyanın rəhbərliyinin onun namizədliyini dəstəkləməsini istəyir.
Lakin Tiqran Avinyan da vəzifəsindən imtina etmək niyyətində deyil. Məlumata görə, o, komandasına mer postunu heç kimə güzəştə getməyəcəyini və paytaxta rəhbərlik etməyə davam edəcəyini bildirib.
Nəşr qeyd edir ki, Avinyan Simonyanın hakim partiya daxilində namizədliyinin təsdiqlənməsi üçün kifayət qədər dəstəyə malik olmadığını düşünür.
Qeyd edək ki, Alen Simonyan oktyabrın 29-da jurnalistlərə açıqlamasında İrəvan meri vəzifəsinə namizədliyi ilə bağlı müzakirələrin aparılmadığını, bu mövzuda danışmağın hələ tez olduğunu bildirmişdi.
İrəvanda növbəti bələdiyyə seçkiləri 2028-ci ildə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 03 Noyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















