Icma.az
close
up
RU
İrəvana açıq mesaj: Sülh müqaviləsinə imza atarsa...”

İrəvana açıq mesaj: Sülh müqaviləsinə imza atarsa...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər”. 

Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan vaxtı itirməməlidir: 

“Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm”. 

Beləliklə, Prezident İlham Əliyev sülh müqaviləsi ilə bağlı ölkəmizin mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Dövlətimizin başçısı növbəti dəfə İrəvan hakimiyyətinə sülh müqaviləsi imzalayacaqları təqdirdə əməkdaşlıq edə biləcəyimiz barədə mesaj verib. Artıq prosesin gedişatı Ermənistan rəhbərliyinin atacağı addımlardan asılı olacaq. 

Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan böyük Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Ermənistana sülh müqaviləsi imzalamağı təklif etdi: 

“Ölkəmiz qalib olmasına baxmayaraq, hər zaman sülh müqaviləsi imzalamağın tərəfdarı olub. Üstəlik, rəsmi Bakı bu istiqamətdə ötən müddət ərzində siyasi və diplomatik üsullardan istifadə edib. Biz Ermənistanı sülh masasında dəvət etməyimizə baxmayaraq, qarşı tərəf və onların havadarları tərəfindən çağırışlarımız cavabsız qalıb. Yəni İrəvan hakimiyyətinin qeyri-adekvat addımları nəticəsində sülh yaratma prosesi məqsədli şəkildə əngəllənib. Cənab Prezident İlham Əliyevin də dəfələrə söylədiyi kimi, bu gün sülh müqaviləsi imzalamağa çox yaxınq və hazırıq. Əslində, sülh müqaviləsi Azərbaycana yox, birinci növbədə Ermənistana lazımdır. Nəzərə almaq lazımdır ki, Ermənistan bu müqaviləyə imza atmaqla Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərək düşdüyü dalandan çıxa bilər”. 

Millət vəkili vurğulayıb ki, bu sazişin imzalanması bölgənin sabitliyi üçün də əhəmiyyətli faktor olacaq: 

“Bu müqavilə imzalanmadan bölgədə qalıcı sabitlikdən arxayın ola bilmərik. Məhz bu məqam da dövlətimizin başçısının açıqlamalarında dəfələrlə yer alıb. Cənab Prezident bugünkü çıxışında da bir daha prosesin gedişatına əhəmiyyətli istiqamət verdi və bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün heç bir əngəl yaratmır. Əgər İrəvan Bakının şərtlərinin qəbul edərək sülh müqaviləsinə imza atarsa, ölkəmiz də buna hazırdır. Prezident İlham Əliyevin söylədiyi kimi, artıq top Ermənistan tərəfindədir. İrəvan hakimiyyəti bölgədə sülhün, əmin-amanlığın, eləcə də siyasi və iqtisadi sabitliyin olmasını istəyirsə, danışıqlar masasına oturmalıdır”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Millət vəkili deputat Jalə Əliyeva Azərbaycan Ermənistan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri