Icma.az
close
up
RU
İrəvana birbaşa mesaj: Azərbaycanla sülh olmadan...

İrəvana birbaşa mesaj: Azərbaycanla sülh olmadan...

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq. Bu sözləri Türkiyənin XİN rəhbəri Hakan Fidan “Türkiyə” qəzetinə açıqlamasında bildirib. 

“Türkiyə ilə Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq. Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir",-deyə H.Fidan bildirib. Onun sözlərinə görə, Türkiyə razılaşmaların əldə edilməsin dəstək verir. 

"Tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq. 

Sərhədlərin delimitasiyası ilə bağlı son qərarlar bu irəliləyişin bariz nümunəsidir”. 

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Türkiyənin bu məsələdə mövqeyi qətidir:

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycan-Ermənistan sülh prosesinin gedişatından birbaşa asılı olması barədə bəyanatları bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin digər yüksək səviyyəli rəsmiləri də səsləndirib. Bu bəyanatların sadəcə bəyanat xatirinə deyilmədiyinin də şahidiyik. 

Ermənistan dəridən-qabıqdan çıxsa da, Türkiyə onunla yaxınlaşmaq istiqamətində heç bir addım atmır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın "Türkiyə" qəzetinə verdiyi son müsahibsəində səsləndirdiyi fikirlər də dediyimizin əyani sübutudur. Amma bu, o anlama gəlməməlidir ki, Türkiyənin Ermənistan qarşısına qoyacağı heç bir tələb və şərt yoxdur”. 

Politoloq deyib ki, iki qonşu dövlət arasında münasibətlərin inkişaf etdirilməsinə mane olan "genosid" kimi erməni iddiası var:

“İrəvan münasibətləri yaxşılaşdırmaq istəyirsə, bu qondarma iddiadan da əl çəkməlidir. Əks halda, Türkiyə ilə yaxınlaşmanı Ermənistan uzun müddət gözləməli olacaq”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri