Icma.az
close
up
RU
İrəvana gedən azərbaycanlılara gözlənilməz qadağa İran detalı

İrəvana gedən azərbaycanlılara gözlənilməz qadağa İran detalı

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İrəvana səfər edən Azərbaycan nümayəndə heyətinin şəhərdəki tarixi Göy məscidi ziyarət etməməsi müzakirələrə səbəb olub. Bakıya gələn ermənilərin kilsəni ziyarət etdiyi təqdirdə azərbaycanlıların Göy məscidə aparılmaması diqqət çəkib.

Səfərin iştirakçısı, politoloq Fərhad Məmmədov bildirib ki, məscidin idarəsi hazırda İranın nəzarətindədir.

Sitat: “İrəvana səfər zamanı təqdim edilən rəsmi proqramda Göy məscidə baş çəkmək ümumiyyətlə nəzərdə tutulmamışdı. Biz isə Bakıda erməni kilsəsinə səfəri öz proqramımıza daxil etdik. Biz buna hazırıq. Onlar buna hazır deyillər hələ. Çünki Göy məscid və onun idarə edilməsi İran tərəfindən həyata keçirilir”.

Qeyd edilən çıxış Göy məscidin İrana nə zaman və hansı əsasla verildiyi sualını gündəmə gətirib.

İrəvan bu məscidi İrana niyə verib?

Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli deyib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması çərçivəsində reallaşan qarşılıqlı səfərlərlə bağlı diqqətli olmaq vacibdir:

“Çünki bu səfərlərdə atılan hər bir addım və detalı Azərbaycan cəmiyyəti həssaslıqla qarşılayır. Bunu dəfələrlə müşahidə etmişik. Ermənistana səfər zamanı Göy məscidin ziyarət olunmaması da həssas məsələlərdən biridir. Məscidin İran tərəfindən idarə olunması ilə bağlı iddialar inandırıcı görünmür. Əgər Ermənistan özünü müstəqil dövlət hesab edirsə, onun ərazisindəki dini abidələrin idarəsini də rəsmi İrəvan həyata keçirməlidir. Bu, əsaslı arqument təsiri bağışlamır”.

Faiq Ələkbərli

Tarixçi qeyd edib ki, bu yanaşma İranErmənistan münasibətlərinə dair müəyyən mesaj xarakteri daşıyır:

Azərbaycan xalqına aid olan bir məscid barədə deyilənlər xüsusi diqqətlə izlənilməlidir. Çünki bu, faktiki olaraq məscidin İrana məxsusluğu kimi təqdim edilir, bu da tarixi həqiqətlə uyğun gəlmir. İran adlı dövlət yalnız 1935-ci ildə meydana çıxıb, Göy məscidin tarixi isə Səfəvilər, hətta daha qədim türk dövlətləri dövrünə gedib çıxır. Bu səbəbdən Göy məscidin ziyarət olunmaması və onunla bağlı irəli sürülən iddiaları Azərbaycan ciddi şəkildə qiymətləndirməlidir. Tarixən həm İrəvan, həm də oradakı məscid Azərbaycan mədəni irsinə məxsusdur. Hazırda müəyyən səbəblərdən şəhər Ermənistanın paytaxtı olsa da, bu, fakta təsir etmir. Azərbaycan nümayəndə heyətlərinin gələcək səfərlərdə bu kimi məsələlərdə daha prinsipial mövqe nümayiş etdirməsi vacibdir. Ümid edirəm ki, növbəti dəfə belə həssas məsələlər diqqətdən kənarda qalmayacaq və ölkəmizin maraqlarına zidd addımların atılmasına yol verilməyəcək”.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında Ermənistanın Mədəniyyət Nazirliyində Göy məscidlə bağlı məsələ müzakirə edilib və bu məscid İranın mədəniyyət mərkəzi kimi 99 illiyə icarəyə verilib.

Xatırladaq ki, Göy məscid 1766-cı ildə İrəvan xanı Hüseyn Əli xan Qacarın əmri ilə tikilib. Məscid Azərbaycan memarlıq nümunələrindəndir. Ermənilər XX əsrdə məscidi üç dəfə yandırıblar. İlk dəfə 1918-ci ildə, ikinci dəfə 1955-ci ilin martında. İkinci dəfə yandırılanda azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edirmiş. İbadətkar üçüncü dəfə 1988-ci il hadislərindən sonra yandırılıb. 1995–2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see237

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see174

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see158

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see157

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see150

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see144

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see133

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see128

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

25 Noyabr 2025 12:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri