Icma.az
close
up
RU
İRƏVANDA AZƏRBAYCAN DİLİNDƏ ÇIXAN “KOMMUNİST” QƏZETİ

İRƏVANDA AZƏRBAYCAN DİLİNDƏ ÇIXAN “KOMMUNİST” QƏZETİ

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əvvəli ötən sayımızda

Qəzetin 3 iyul 1939-cu il tarixdən 8 iyun 1939-cu il tarixinə kimi yenidən müvəqqəti məsul redaktoru Cəfər Vəlibəyov olmuşdur. Qəzetin 9 iyul 1939-cu il, 156-cı nömrəsindən 24 iyun 1939-cu il tarixli 169-cu nömrəsinədək yenidən Əkbər Rizayevin qəzetin məsul redaktoru kimi adına rast gəlinir. 28 iyul 1939-cu il tarixli 170-ci nömrəsindən yenidən Cəfər Vəlibəyov müvəqqəti redaktor əvəzi olur. Cəmi iki ilə yaxın fəaliyyət göstərən “Kommunist” qəzetinin redaktorlarının 7 dəfə, tez-tez təyin olunub işdən çıxarılması həm də Qərbi Azərbaycanda ana dilində yeganə mətbu orqanı olan qəzetin başı üzərində dolaşan repressiya dalğasının əks-sədası idi. Həmin dövrdə həyata keçirilən repressiyalar Qərbi Azərbaycanda Azərbaycan ədəbi-mədəni mühitinə, ziyalı potensialına, müxtəlif peşə və sənət adamlarına da böyük zərbələr vurdu. Təkcə İrəvan şəhərində iki minə yaxın azərbaycanlı ziyalı bu amansız repressiyanın qurbanı olmuşdu. Qərbi Azərbaycanda milli mətbuatmızın aparıcı əməkdaşları, görkəmli ziyalılarımız, “Qızıl şəfəq” qəzetinin redaktoru Mustafa Hüseynov, redaksiyanın erməni əməkdaşı, sonralar isə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş A.Mnatsakanyanın donosu əsasında “türk casusu” kimi ittiham edilərək güllələnmişdir. Qəzetin məktublar şöbəsinin müdiri, şair Abbas Azəri güllələnmiş, qəzetin digər əməkdaşları İbrahim Əliyev, İsmayıl Əliyev, Abdulla Mirzəyev “Kommunist” qəzetinin müxbiri Əkbər Kərimov repressiyaya məruz qalaraq, müxtəlif saxta ittihamlarla aradan götürülmüşlər. Onların ən böyük “təqsiri” mətbuatda xalqının tarixi haqqını müdafiə etmələri idi. Hətta redaksiya ilə əməkdaşlıq edən neçə-neçə tanınmış yazıçı, müxbir, dövlət işçiləri də repressiyaya məruz qalmışdır. Amansız repressiyadan xilas olmaq üçün yazıçı Nəsib Əfəndiyev Azərbaycana köçməyə məcbur olmuş, qəzetin ən aktiv müxbirləri Əbdüləzim Hacılı, Əkbər Kərimov, Mirzə Mirzəyev, dövlət qulluqçusu Hüseyn Münşiyev isə həbs edilmişdir. Bütün fiziki və mənəvi təzyiqlərə baxmayaraq, Hüseyn Münşiyev ona qarşı sürülən ittihamlarda özünü günahkar və müqəssir hesab etməmiş, sonradan bəraət alaraq həbsdən azad edilmişdir. Həbsdən azad edildikdən sonra “Kommunist” qəzetinin partiya həyatı şöbəsinə rəhbərlik etmiş, qəzetin səhifələrində bu sahəyə aid yazılarla müntəzəm çıxış etmişdir.

Qəzetin 10 may 1938-ci il tarixli 106-cı nömrəsində “Səhvləri sonunadək düzəltməli” adlı məqalədən məlum olur ki, repressiyalar Qərbi Azərbaycanın Türkiyə ilə həmsərhəd olan Amasiya, Gümrü, Zəngibasar, Vedibasar bölgələrində yaşayan azərbaycanlılara qarşı daha sərt şəkildə həyata keçirilmisdir. Məqalədə göstərilir ki, konturrevolisioner Amatuni, onun əlaltıları Amatuni, Ter-Qabrialiyan, Hrayr Qalustyan, Amasiya rayonunda böyük miqdarda günahsız adamları konturrevolisioner adlandıraraq partiya sıralarından xaric etmişdir. Qəzetin verdiyi məlumatlardan məlum olur ki, Amasiyada azərbaycanlı əhalinin 34,4 faizini partiya sıralarından amansızcasına xaric etmişdilər. “Ziyançı”, “türk casusu”, “antisovet təbliğatı aparır” və s. bu kimi saxta ittihamlarla repressiyaya məruz qalmışdır. Hətta Qərbi Azərbaycanda azərbaycanlı əhaliyə qarşı repressiyalar o qədər sərt xarakter almışdı ki, milli məsələlərin yenidən alovlanacağından ehtiyat edən mərkəz, bu məsələni Ümumittifaq Kommunist bolşevik Partiyası Mərkəzi Komitəsinin 1938-ci ilin yanvar ayında keçirilən plenumunda müzakirəyə çıxarmış və bundan sonra Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Amasiya rayonunda qərəzli şəkildə partiya sıralarından xaric edilmiş 24 nəfər azərbaycanlının şikayətinə baxmış və onlardan 17-nin partiya hüququnu bərpa etmişdir. Yoxlama nəticəsində heç bir fakt həqiqəti əks etdirmədiyindən “kulak”, “dövlət əmlakını oğurlayanlar”, “əks-inqilabçı”, “ziyançı” və s. kimi ittihamlarla təqsirləndirilənlər Əli Babayev, Ziyat Həsənov, Həsən Həsənov və basqalarının pozulmuş hüquqları bərpa olunmuşdur.

“Qızıl şəfəq” qəzetinin səhifələrində rast gəlinən imzaların çoxuna “Kommunist” qəzetinin səhifələrində rast gəlinmir. 1938-ci illərdə “Kommunist” qəzetinin fəaliyyətində bir durğunluq hiss olunur. Bu, bir tərəfdən qəzetin redaktoru Mustafa Hüseynovun güllələnməsi və qəzetin bəzi əməkdaşlarının həbsi ilə bağlı idisə, digər tərəfdən repressiyanın pik həddə çatması ilə əlaqədar idi. Ümumiyyətlə, 1938-ci illər Qərbi Azərbaycanda Azərbaycan ictimai, ədəbi-mədəni mühiti üçün çox acınacaqlı, keşməkeşli və ziddiyyətli bir dövr olmusdur. Amma buna baxmayaraq, Mustafa Hüseynovdan sonra Əkbər Rizayev kimi yetkin bir redaktorun rəhbərliyi ilə milli mətbuatımızın dəyərli ənənələrinin qəzetin səhifələrində yaşadılmasına səy göstərilmişdir. Ümumiyyətlə, “Kommunist” qəzetində çalışan təcrübəli jurnalistlərin bir qismi qəzetin mədəniyyət şöbəsinin müdiri Adil Axundov, Cavanşir Cəfərov, Bəhlul Məmmədov, Xəlil Səfərov, Sultan Cəfərov və başqaları bu mətbu orqanın sələfi olan “Qızıl şəfəq” qəzetində çalışmışdılar.

Amma repressiyalar o qədər sərt və amansız xarakter almışdır ki, Qərbi Azərbaycanda Azərbaycan ictimai, ədəbi mühitində böyük durğunluq yaratmışdı. Şübhəsiz ki, bu durğunluq Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Kommunist” qəzetinin ahəngdar fəaliyyətinin təmin olunmasına da öz mənfi təsirini göstərirdi. Bu, ilk növbədə qəzetin abunə yazılışı işində özünü daha qabarıq şəkildə göstərirdi. Belə ki, qəzetin əvvəlki illərlə müqayisədə abunəçilərinin sayı get-gedə azalırdı. Qəzetin Çəmbərək rayonunda 339, Vedibasar rayonunda 575, Basarkeçər rayonunda 365, Əzizbəyov rayonunda 160, Dərələyəz bölgəsində 141, Qəmərli rayonunda 184, Gümrü bölgəsində 79, Allahverdi rayonunda 100, Nərimanlıda 62, Qarabağlar rayonunda 110 abunəçisi var idi. Məsələn, Amasiya rayonunda 2 yanvar 1938-ci ilə qədər qəzetin 1150 abunəçisi olduğu halda, 1939-cu ilin may ayına abunəçilərin sayı azalaraq 970 nəfər təşkil etmişdir. Həmin dövrdə Zəngibasar rayonunda da abunəçilərin sayı kəskin şəkildə azalaraq 633 nəfər təşkil edirdi. Hətta vaxtilə qəzet ətrafında 830 fəhlə-kəndli müxbirini birləsdirdiyi halda, 1938-1939-cu ildə onların da sayı kəskin şəkildə azalaraq 500 olmuşdur. Əslində, erməni şovinist dairələrinin Azərbaycan dilli mətbuat orqanına olan ayrı-seçkilik münasibəti qəzetin abunəçilərinin gündən-günə azalmasına səbəb olmuşdu. Qəzetin tirajı 10000-ə yüksələ bilmirdi.

Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyun 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri