Icma.az
close
up
RU
İrəvanda bu kadrlara baxıb, müharibə anonsu verdilər Qorxuya salan mesaj

İrəvanda bu kadrlara baxıb, müharibə anonsu verdilər Qorxuya salan mesaj

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Rövşən Məmmədovun müəllifi olduğu “Həftə” analitik-informasiya proqramında Qərbi Azərbaycanla bağlı yayımlanan süjet Ermənistanda narahatlığa səbəb olub. Ermənistan parlamentinin sabiq deputatı, azərbaycanşünas alim, tarixçi Tatevik Ayrapetyan bununla bağlı fikirlərini bölüşüb.

Ayrapetyan süjetdə Bakının Qərbi Azərbaycan torpaqlarına qayıdışla bağlı hazırlığa başladığını söyləyib. O bunun Zəngəzur dəhlizi vasitəsilə olacağını qeyd edib.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, 2020-ci ildən rəsmi Bakı Qərbi Azərbaycana – azərbaycanlıların uzun müddət yaşadıqları doğma torpaqlarına qayıdacağı günə doğru addım atır:

“Bu gün həmin ərazilərdən didərgin salınmış azərbaycanlılar o yerləri haqlı olaraq doğma torpaqları və vətənin bir parçası adlandırırlar. 30 il Qarabağı işğaldan azad etmək üçün mübarizə apardığımız kimi, indi də vətəndaşlarımızın Zəngəzura, Qərbi Azərbaycana qayıtması uğrunda mübarizəyə başlamışıq. Heç şübhəsiz, bu mübarizə məqsədimizə nail olana qədər davam edəcək. Amma təəssüf ki, erməni tərəfi Azərbaycan xalqının mübarizəsinin ciddiliyinin hələ fərqində deyil. Hesab edirlər ki, sözügedən torpaqların hazırda Ermənistan ərazisi hesab olunması Azərbaycanı son addımı atmaqdan geri saxlayacaq”.


Əlimusa İbrahimov 

Politoloq bildirib ki, Bakı hər gün Qərbi Azərbaycandan qovulmuş həmyerlilərimizin malik olduqları geri dönmək hüquqları istiqamətində yeni sübutlar ortaya qoyur:

“Bu sübutlar beynəlxalq hüquq normaları ilə uzlaşdığına görə gec-tez ermənilərin əsl həqiqəti qəbul edəcəklərinə inamı artırır. Təbii ki, Azərbaycan məsələnin məhz danışıqlar masası arxasında həll olunmasını və vətəndaşlarımızın Ermənistandan qovulduqları ərazilərə elə rəsmi İrəvanın razılığı ilə geri qayıtmasını çox istəyərdi”.

Ə.İbrahimov deyib ki, Bakı sülh gündəliyinə sadiqdir, lakin Ermənistanın təxribatı səbəbindən yeni müharibənin başvermə ehtimalı hər zaman var:

“Çünki İrəvanın Bakı, həmçinin Qərbi Azərbaycandan qovulmuş vətəndaşlarımız və nəhayət Zəngəzur dəhlizi ilə bağlı atdığı addımlar müharibə ehtimalını artırır. Biz bu müharibənin sülh müqaviləsi imzalanmayana qədər baş verə biləcəyini düşünürük. Ona görə də işimizi ehtiyatlı qurur, ordumuzu gücləndiririk. Heç kim müharibənin baş verməyəcəyi iddiasında ola bilməz. Düşünürəm ki, bununla bağlı Ermənistanda narahat olanların əsası var”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri