Icma.az
close
up
RU
İrəvanda parlamentin gərgin startı

İrəvanda parlamentin gərgin startı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycanla sülh, TRIPP və sərhəd məsələsi müzakirələrin mərkəzindədir

Avqustun 2-də Ermənistanda IX çağırış Milli Assambleya fəaliyyətə başlayıb. Yeni parlamentin ilk iclası ölkənin siyasi həyatında diqqətçəkən hadisələrlə yadda qalıb. İlk dəfə açılış mərasimi bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası olmadan keçirilib. Bu isə hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında son ilyarım ərzində daha da dərinləşən qarşıdurmanın parlament müstəvisinə də keçdiyini göstərib.

İlk iclasa parlamentin ən yaşlı deputatı, hakim “Mülki müqavilə” fraksiyasını və kürd icmasını təmsil edən Knyaz Həsənov sədrlik edib. O, çıxışında həm hakimiyyət, həm də müxalifət nümayəndələrini fikir ayrılıqlarını kənara qoymağa, dövlət maraqları naminə birləşməyə çağırıb. Daha sonra çıxış edən prezident Vaaqn Xaçaturyan parlamentin fəaliyyətinin yalnız qəbul edilən qanunların sayı ilə deyil, onların keyfiyyəti və ölkənin inkişafına verəcəyi töhfə ilə qiymətləndiriləcəyini deyib.

İlk iclasda qarşıdurma

Lakin parlamentdə sakit ab-hava uzun çəkməyib. Müxalifətdə təmsil olunan “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları katolikos II Qareginin mərasimdə iştirak etməməsinə etiraz edərək “Patriarx haradadır?” şüarları səsləndiriblər. Onlar parlamentin daxili qaydalarına əsasən katolikosun açılış mərasimində iştirak etməli olduğunu bildiriblər. Sədrliyi aparan Knyaz Həsənov isə bunun onun səlahiyyətlərinə aid olmadığını deyərək məsuliyyəti üzərinə götürməyib. Etirazlara baxmayaraq deputat andı oxunub. Hakim partiya üzvləri ayağa qalxaraq andiçmə mərasimində iştirak etsələr də, müxalifət buna qoşulmayıb.

Müxalifət iclas zamanı daha bir məsələni gündəmə gətirib. “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyan barəsində başlanmış cinayət işi siyasi təqib kimi qiymətləndirilib. Müxalifət nümayəndələri onun parlamentin ilk iclasında iştirakına imkan verilməməsini tənqid edərək hakimiyyəti qanunlardan siyasi məqsədlərlə istifadə etməkdə ittiham ediblər.

Hakimiyyət dəyişmədi, parlament isə yeniləşdi

Yeni parlamentin fəaliyyətə başlaması ilə əlaqədar Ermənistan hökuməti Konstitusiyanın tələbinə uyğun olaraq istefa verib. Baş nazir Nikol Paşinyan bildirib ki, yeni hökumət formalaşanadək mövcud kabinet öz səlahiyyətlərini icra etməyə davam edəcək. Ardınca hakim “Mülki müqavilə” partiyası onu yenidən baş nazir vəzifəsinə namizəd irəli sürüb. Prezident V.Xaçaturyan hökumətin istefasını qəbul etdikdən sonra Paşinyanı yenidən Ermənistanın baş naziri təyin edib.

Parlamentin sədri vəzifəsinə hakim partiyanın namizədi Ruben Rubinyan seçilib. Səsvermədə iştirak edən 91 deputatdan 63-ü onun lehinə, 28-i isə əleyhinə səs verib. Müxalifət namizədliyi dəstəkləməyib. Səsvermədən əvvəl çıxış edən Ruben Rubinyan hakimiyyətlə müxalifət arasında münasibətlərdə “yeni səhifə açmağı” təklif edib. O bildirib ki, cəmiyyətdə yeni parlamentin əvvəlkindən daha zəif fəaliyyət göstərəcəyi barədə fikir formalaşıb və bunu birlikdə təkzib etmək mümkündür. Rubinyan parlamentin təhqirlərin deyil, sərt, lakin mədəni müzakirələrin aparıldığı siyasi meydan olmasının vacibliyini vurğulayıb. O əlavə edib ki, əgər müxalifət konstruktiv əməkdaşlığa hazır olsa, hakimiyyət də eyni münasibəti göstərəcək. Əks halda isə “Mülki müqavilə” əvvəlki qaydalarla, daha sərt üsullarla fəaliyyət göstərməyə hazırdır.

Sülh və sərhəd məsələsi gündəmdədir

İclas zamanı Ermənistan–Azərbaycan münasibətləri də gündəmə gəlib. Deputat İşxan Saqatelyan Rubinyandan onun təbirincə desək, “Ararat vilayətində yerləşən Tiqranaşen”in (oxu: Sədərək rayonunun Kərki kəndi–S.H) parlamentin fəaliyyət müddətində Azərbaycana verilməyəcəyinə zəmanət istəyib. Rubinyan isə belə təminat verməkdən yayınıb. O bildirib ki, Ermənistan üçün əsas prinsip 29 743 kvadratkilometrlik ərazinin qorunmasıdır. Sərhədlə bağlı digər məsələlər isə delimitasiya və demarkasiya prosesi çərçivəsində həll olunacaq, bu proses zamanı ərazi mübadiləsi də daxil olmaqla müxtəlif qərarlar mümkündür.

Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması barədə də danışıb. O bildirib ki, Azərbaycanla danışıqlar Türkiyə ilə aparılan normallaşma prosesindən daha irəli mərhələyə çatıb. Onun sözlərinə görə, Azərbaycan artıq Ermənistandan dəmir yolu tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırıb və iki ölkə arasında, o cümlədən neft məhsulları üzrə birbaşa ticarət mövcuddur. Rubinyan hesab edir ki, artıq Türkiyənin də prosesi sürətləndirməsinin vaxtı çatıb və iki ölkə arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması üçün ciddi maneə yoxdur. Bununla belə, o etiraf edib ki, proses gözlədiyindən ləng gedir, lakin normallaşmanın baş tutacağına inanır.

Parlamentdən gözləntilər

Bəs yeni parlamentdə qüvvələr nisbətinin qismən dəyişməsi halında sülhə təhdid ehtimalı, Konstitusiya dəyişikliyi, TRIPP layihəsinin icrasına maneələr nə dərəcədə mümkündür?

Ermənişünas alim Qafar Çaxmaqlı mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, yeni parlamentin formalaşması prosesini izlədikdən sonra bu qənaətə gəlmək olar ki, bu çağırışda da ciddi dəyişiklik yoxdur. Onun sözlərinə görə, əvvəlki parlamentdə də “Mülki müqavilə” partiyasının böyük üstünlüyü var idi, amma bu bu dəfə parlament çoxluğu olsa da, konstitusion çoxluğu əldə edə bilməyib: “Demək, bir çox qərarların qəbul edilməsində hakim “Mülki müqavilə” Partiyası çətinliklərlə üzləşəcək. Xüsusilə, Konstitusiya dəyişikliyinin baş verməsi üçün referendum qərarının qəbul edilməsi mümküm görünmür. Amma gizli səsvermə yolu ilə müəyyən məsələlərdə uğur əldə etmək mümkündür. Bütövlükdə, parlamentə iki müxalifət fraksiyasının – “Güclü Ermənistan” və “Ermənistan”ın düşməsi Paşinyan iqtidarının necə deyərlər, əl-qolunun bağlanması cəhdidir. Bu mənada, Rusiya öz tərəfdarlarını – proksi qüvvələrini qanunverici orqana daxil edə bildi. Güman edirəm ki, parlamentdə müxalifət qüvvələrinin dilindən Rusiyanın maraqlarına uyğun fikirlər səsləndiriləcək, Paşinyanın əleyhinə siyasi iş aparılacaq. Bu, təbii ki, Ermənistandakı demokratik əhvali-ruhiyyənin də təsirsiz qalmayacağını göstərən cəhətlərdəndir. Amma müxalif qüvvələrin antidövlət hərəkətlərinə qarşı Paşinyanın əlində yeni mübarizə metodları var. Hətta bəzi seçilmiş deputatların parlamentin işində iştirak etmələri çətin olacaq. Çünki artıq onların barəsində cinayət işləri qaldırılıb. Bəziləri həbsdədir. Bu səbəbdən onlar qanunverici orqanda fəaliyyətlərini davam etdirə bilməyəcəklər. Şübhəsiz ki, həmin fraksiyaların üzvlərinin qanunsuz hərəkətləri bundan sonra da hüquq-mühafizə orqanları tərəfindən qeydə alınaraq bəzilərinə cəza veriləcək. Paşinyan mümkün qədər çalışacaq ki, həmin şəxslərin parlamentdə təsir gücünü azaltsın, onların əl-ayağa dolaşması prosesini bir qədər zəiflətsin. Bütün hallarda hakim partiya konstitusion çoxluq əldə etmədiyi üçün müxalifət bəzi qərarların qəbul edilməsinə müəyyən qədər maneçilik törətməyə çalışacaq”.

Q.Çaxmaqlı açıqlamasının davamında dedi: “Şübhəsiz ki, hazırda Ermənistanda ən vacib məsələlər Azərbaycanla sülh sazişinin imzalanması, Türkiyə ilə diplomatik münasibətlərin qurulması, sərhədlərin açılmasıdır. Digər məsələ TRIPP layihəsinin həyata keçirilməsidir. Müxalifətin buna da fərqli baxışları var. Bu fərqli baxışlar ölkə daxilində və xaricdə müəyyən gərginlik yarada bilər. Bu gərginlik fonunda məsələlərin həlli üçün xarici təsirlərin də rol oynayacağı şübhə doğurmur. Yəni burada xarici amillər də var. Hazırda Ermənistanda TRIPP layihəsi ilə bağlı ciddi müzakirələr var. Bu müzakirələr zamanı hətta layihənin şübhə altına alınmasına da rast gəlinir. Amma artıq bununla bağlı qərar verilib və ABŞ iki ölkə arasında sülhün və təhlükəsizliyin təmin olunmasında əsas faktorlardan biridir. Ancaq ruspərəst qüvvələr TRIPP layihəsinə də mane olmaq üçün bir çox məsələləri ortaya atmağa başlayıblar. Müzakirələr zamanı Rusiya faktoru qabardılır. Çünki Rusiyanın hələ də Ermənistanda təsir imkanları genişdir. Bu təsir amilləri arasında Ermənistan dəmiryolunun Rusiyanın idarəçiliyində olması, Rusiya sərhədçilərinin Türkiyə–Ermənistan sərhədində hələ də qalması, “Metsamor” AES-in icarəsinin şimal qonşumuzda olması, təbii qazın qiyməti, Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalıb-qalmaması, Avropa İttifaqına meyillənmə və digər məsələlər var. Bunlar cəmiyyətdə gərginlik yaradan məsələlər olacaq. Bunlar yeni seçilən parlamentin iclaslarında zaman-zaman dilə gətiriləcək və erməni cəmiyyətini narahat edən məsələlərdir. Beləliklə, yeni parlamentdə hakim partiya ilə iki müxalif fraksiya arasında belə deyək, söz döyüşü davam edəcək. Bundan sonra Ermənistanda nəyin dəyişəcəyini isə zaman göstərəcək”.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see359

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see266

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see259

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see240

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see238

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see231

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see226

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see226

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see225

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see223

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see219

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see213

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see208

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see206

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see203

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see198

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see198

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see196

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see196

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri