İrəvanda qalmaqal: topçu Albertin divar rəsmini sildilər
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Ermənistanın paytaxtı İrəvanda 44 günlük müharibənin ildönümünə bir neçə gün qalmış topçu Albert Ovannisyanın təsvir olunduğu divar rəsmi şəhər meriyasının göstərişi ilə silinib. Bu hadisə sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olub.
Modern.az xəbər verir ki, İrəvan meriyasının addımı sərt şəkildə tənqid olunub.
İrəvan meriyası isə bəyan edib ki, bu cür rəsmlərin küçələrdə yerləşdirilməsi üçün əvvəlcədən icazə alınmalıdır. Bunun üçün işin eskizi təqdim edilməli, həmçinin onun məqsədi və məzmunu göstərilməlidir.
Xatırladaq ki, Albert Ovannisyan 44 günlük müharibə zamanı İrəvanda "erməni əsgərinin rəşadətinin simvolu"na çevrilmişdi. 2020-ci ilin oktyabrında Azərbaycan hərbçiləri Albert Ovannisyanı məhv ediblər.
Albertin Azərbaycan Ordusu tərəfindən məhv edilməsi erməni hərbçilər və mülki əhali arasında ruh düşkünlüyünü bir qədər də artırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Sentyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















