Icma.az
close
up
RU
İrəvanda seçki qalmaqalı böyüyür

İrəvanda seçki qalmaqalı böyüyür

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müxalifətin niyyəti ölkəni siyasi böhrana sürükləməkdir

İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri ətrafında mübahisə qızışır. Müxalif qüvvələr seçkilərin ciddi pozuntular şəraitində keçdiyini iddia edir və nəticələrə yenidən baxılmasını tələb edirlər.

“Güclü Ermənistan” partiyası seçkilərin total pozuntularla keçdiyinə dair mövqeyini təsdiqləyib. Qurumun mətbuat katibi Marianna Kaqramanyan yaydğı videomüraciətdə bəyan edib ki, partiyanın topladığı səslərin bir hissəsi hakimiyyətə yaxın siyasi qüvvələrin hesabına yazılıb. Partiya bəzi məntəqələrdə səslərin yenidən sayılması üçün müraciət edib və yekun qərarını bütün məlumatlar təhlil olunduqdan sonra verəcəyini açıqlayıb: “Güclü Ermənistan” məsuliyyətli siyasi qüvvədir və hər hansı qərar qəbul edərkən seçicilərimizin etimadını və ölkəmizin maraqlarını nəzərə almalıyıq. Bu seçkilər total pozuntular şəraitində keçirilib. Səsvermə günü də seçki prosesində çoxsaylı pozuntular qeydə alınıb. Artıq aparılan yoxlamaların və öz hesablamalarımızın nəticələri göstərir ki, “Güclü Ermənistan”a verilmiş səslər hakimiyyətə yaxın, onun peyki olan siyasi qüvvələrin hesabına yazılıb”.

İctimai fəal Artur Çaxoyan da seçkilərin şəffaf keçirilmədiyini iddia edib. O, Ermənistan MSK-sının binası qarşısında xüsusilə İrəvanda hakim “Mülki müqavilə” partiyasının əldə etdiyi nəticələrin real görünmədiyini bildirib: “Biz görürük ki, “Mülki müqavilə” İrəvanda 250 min səs toplayıb, bu da qeyri-realdır. 2023-cü ildə İrəvan Ağsaqqallar Şurasına seçkilərdə “Mülki müqavilə” cəmi 75 min səs almışdı. Həmin vaxtdan sonra ölkənin xarici siyasətlə bağlı problemləri daha da dərinləşib. Seçkilərdə saxtakarlığın olduğunu sübut edən bir fakt var: MSK-nın dərc etdiyi rəqəmlər seçki məntəqələrində tərtib olunmuş və müxalif qüvvələr tərəfindən yayımlanmış protokollardakı göstəricilərlə üst-üstə düşmür. Bununla əlaqədar müxalif qüvvələri bütün 2005 seçki məntəqəsinin protokollarını dərc etməyə çağırıram. Qoy xalq açıq şəkildə hesablamalar aparsın və onları MSK-nın açıqladığı rəqəmlərlə müqayisə etsin”.

“Ermənistan” blokundan deputatlığa namizəd, Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) ali orqanının nümayəndəsi İşxan Saqatelyan bir sıra məntəqələrdə protokollarla MSK-nın saytında yerləşdirilən məlumatlar arasında fərqlər olduğunu bildirib. O, jurnalistlərlə görüşündə dedib ki, bəzi hallarda blokun topladığı səslər rəsmi sistemdə daha az göstərilib. Saqatelyan seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsində mübahisələndiriləcəyini və bunun üçün hüquqi sənədlərin hazırlandığını açıqlayıb: “Hazırda müxtəlif seçki məntəqələrində səslərin yenidən sayılması prosesi aparılır. Bir sıra məntəqələrlə bağlı yenidən sayım keçirilməsi üçün şikayətlər təqdim etmişik. Bizimlə yanaşı, müxtəlif müxalif siyasi qüvvələr də eyni tələblə müraciət ediblər. Bəzi məntəqələrdə protokollarla MSK-nın saytında yerləşdirilən məlumatlar arasında uyğunsuzluqların olduğu aydındır. Yəni bizim əlimizdə seçki məntəqəsindən imzalanmış və təsdiqlənmiş protokol var, orada bir rəqəmlər göstərilib, MSK-da isə başqa rəqəmlər əks olunub. Təkrar sayımın nəticələrinə əsasən müəyyən dəyişikliklər gözləyirik”.

Saqatelyan “Mülki müqavilə” partiyası təmsilçilərinin bəyanatlarına da münasibət bildirib. Deyib ki, hakim partiya nümayəndələrinin bu cür ritorikası və kinayəli davranışı yalnız bir şeyi göstərir: “Siz nə seçilmisiniz, nə də qalib gəlmisiniz. Siz səsləri oğurlamısınız. Qaliblər belə davranmırlar. Bu, qalibin davranışı deyil – bu, seçkiləri saxtalaşdıraraq insanların səslərini oğurlayan və hakimiyyətini repressiyalar vasitəsilə yenidən sürdürməyə çalışanların davranışıdır. Ümumiyyətlə, “Mülki müqavilə”nin deputatları və nazirləri, ritorikanıza diqqət edin. Hər dəfə nəsə deməzdən əvvəl bir şeyi xatırlayın: heç bir hakimiyyət əbədi deyil. Xüsusilə də sizin hakimiyyətiniz”, – Saqatelyan bildirib.

Hakim “Mülki müqavilə” partiyası isə ittihamları rədd edir. Partiyanın təmsilçisi Vaaqn Aleksanyan bildirib: “Dəqiqləşdirmələrin və yenidən sayımın nəticələrinə görə, ən çox artım məhz “Mülki müqavilə”yə verilən səslərdə qeydə alınıb. Bu, mübahisə doğurmayan faktdır. Yəni texniki səhvlər və qeyri-dəqiqliklər səbəbindən ən çox məhz bizim səslər düzgün hesablanmayıb. Onun sözlərinə görə, hazırda “Mülki müqavilə”nin nəticəsinə əlavə olaraq 950 səs daxil edilib: “Heç bir digər siyasi qüvvədə çatışmayan səslərin sayı bu qədər çox olmayıb”.

***

Seçkilərdən sonra yaranmış siyasi vəziyyətin təhlili göstərir ki, müxalifət nəticələrin hüquqi müstəvidə araşdırılmasından daha çox, onların legitimliyini ümumilikdə şübhə altına almağa çalışır. Seçki prosesinə dair iradların səsləndirilməsi demokratik siyasi sistemin normal elementi sayılsa da, son günlər Ermənistan müxalifətinin ritorikası məsələnin adi hüquqi mübahisə çərçivəsini aşdığını göstərir. Müxalif siyasətçilər və onlara yaxın fəallar seçkilərin “oğurlandığını”, səslərin “saxtalaşdırıldığını” və hakimiyyətin “xalqın iradəsini mənimsədiyini” iddia edirlər. Bununla onlar Mərkəzi Seçki Komissiyasının fəaliyyətini, rəsmi nəticələri və bütövlükdə seçki sistemini etibarsız göstərməyə çalışırlar. Belə bir yanaşma isə tədricən konstitusion institutlara etimadın sarsıdılması ilə nəticələnə bilər.

Diqqətçəkən məqam ondan ibarətdir ki, müxalifətin özü də nəticələrin mübahisələndirilməsi üçün qanuni mexanizmlərin mövcudluğunu etiraf edir. Onlar yenidən sayım tələb edir və Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırlar. Əgər hüquqi prosedurlar işləyirsə, o zaman paralel şəkildə seçkilərin tamamilə qeyri-legitim elan olunması cəmiyyətə fərqli mesaj verir. Bu isə seçki institutlarının deyil, siyasi sistemin özünün hədəfə alınması təsiri yaradır.

Saqatelyanın və digər müxalif nümayəndələrin açıqlamalarında hakimiyyətin seçkiləri saxtalaşdırdığı barədə qəti hökmlər yer alır. Halbuki bu iddiaların hüquqi qiyməti yalnız səlahiyyətli qurumların araşdırmalarından sonra verilə bilər.

Ermənistan son illərdə bir neçə dəfə daxili siyasi böhranlarla üzləşib. Bu səbəbdən seçki sonrası dövrdə dövlət institutlarının legitimliyinin davamlı şəkildə sual altına alınması yeni qarşıdurma riskləri yaradır. Xüsusilə parlamentin formalaşması, yeni hökumətin fəaliyyəti və dövlət idarəetmə sisteminin normal işləməsi fonunda belə çağırışlar ölkədəki sabitliyi sarsıda bilər. Əlbəttə, hər bir siyasi qüvvənin seçkilərin nəticələrini məhkəmədə mübahisələndirmək hüququ var. Lakin hüquqi mübarizə ilə siyasi sistemin legitimliyini ümumilikdə inkar etmək arasında ciddi fərq mövcuddur. Mövcud proseslər göstərir ki, Ermənistan müxalifətinin bir hissəsi ikinci yolu seçməyə üstünlük verir. Bu isə nəticədə seçki mübahisəsindən daha geniş miqyaslı konstitusiya müzakirələrinin və hətta konstitusiya böhranının yaranmasına zəmin hazırlaya bilər.

Beləliklə, Ermənistanda seçkilər ətrafında yaranan mübahisələr təkcə mandat uğrunda siyasi mübarizə deyil, həm də dövlət institutlarının legitimliyi məsələsinə çevrilməkdədir. Qarşıdakı günlərdə Konstitusiya Məhkəməsinin və digər qurumların qərarları proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək. Ancaq görünən odur ki, müxalifətin sərt ritorikası və seçki sisteminə total etimadsızlıq yaratmaq cəhdləri ölkəni yeni siyasi və konstitusion gərginlik mərhələsinə yaxınlaşdırır.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri