Icma.az
close
up
RU
İrəvandan müharibə çağırışı Bakıdan şillə kimi CAVAB

İrəvandan müharibə çağırışı Bakıdan şillə kimi CAVAB

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ermənistan xalq olaraq heç bir kapitulyasiya sənədi imzalamayıb”.
Bizim.Media xəbər verir ki, bunu erməni revanşist hərbi ekspert Vladimir Poqosyan bildirib. Onun sozlərinə görə, kapitulyasiya Ermənistanın siyasi rəhbərliyinin düşüncəsində və mənəvi-psixoloji səviyyədə baş verib.
“Belə ki, siyasi rəhbərlik İlham Əliyevin bütün istək və tələblərini yerinə yetirməyə başlayıb: konstitusiyanın dəyişdirilməsi, daha sonra Türkiyənin Ağrı dağının adı və (saxta - red.) soyqırımından imtina edilməsini, kilsənin təqib olunmasını tələb etməsi. Bu, siyasətçilərin düşüncəsində baş vermiş mənəvi kapitulyasiyadır, erməni xalqının və Ermənistan dövlətinin deyil. Onların bununla heç bir əlaqəsi yoxdur”, - Poqosyan faktiki Azərbaycana qarşı yeni müharibəyə çağırış edib.
Sərsənləmənin davamında isə o deyib:
“Erməni xalqı — mən, siz, biz, ordumuz və tariximizik. Erməni xalqı, Ermənistan dövləti və erməni sivilizasiyasıdır. Siyasətdə, hakimiyyətdə olan şəxslər isə gəldi-gedər adamlardır. Bu gün varlar, sabah yoxdurlar. Elə müxalifət də, Robert də, Serjik də və sair də”.
Təəssüf ki, erməni cəmiyyətində bu düşüncədə olan revanşistlər az deyil...
Siyasi ekspert Züriyə Qarayevanın musavat.com-a bildirdiyinə görə, revanşist siyasi meyillərin mövcudluğu ilə Ermənistan cəmiyyətinin bütövlükdə yeni müharibə istəməsi eyni şey deyil.
 

Onun sözlərinə görə, Ermənistanda sülhə ehtiyac hissi ilə Azərbaycana qarşı dərin etimadsızlıq paralel mövcuddur:


“Ermənistan əhalisinin bir hissəsində 2020 və 2023-cü illərin nəticələri ilə barışmamaq, itkilər və məcburi köçkünlərin taleyi ilə bağlı narazılıq qalır. Bununla yanaşı, uzunmüddətli sabitlik və normal həyat arzusu da mövcuddur. Ermənistanda Qarabağ itkisini qəbul etməyən siyasi ritorikanın və sərt mövqeli qüvvələrin mövcudluğu realdır. Bu, sülh danışıqlarını çətinləşdirə və qarşılıqlı etimadı zəiflədə bilər. Ancaq siyasi narazılıq avtomatik olaraq hərbi əməliyyat demək deyil”.
Azərbaycan dilinin saflığının qorunması akademik dairələrin əsas məsuliyyətlərindən biridir - Politoloq - AZƏRTAC
 

Siyasi şərhçi hesab edir ki, revanşist təbliğat aparan siyasi qüvvələrin əsas məqsədi, bir qayda olaraq, cəmiyyətdə məğlubiyyət və itki hissini siyasi dəstəyə, həmin dəstəyi isə hakimiyyətə və ya dövlət siyasətinə təsir imkanına çevirməkdir:


“Amma bütün sərt mövqeli qüvvələrin eyni məqsəd güddüyünü düşünmək olmaz. Bəziləri həqiqətən əvvəlki vəziyyəti dəyişmək istəyir, digərləri isə bu mövzudan daxili siyasi mübarizədə istifadə edə bilər. Əsas risk yalnız bu gün müharibə çağırışlarının olub-olmaması deyil. Təbliğat uzun müddət davam etdikdə, gələcək siyasi qərarların qəbul edildiyi mühiti dəyişə bilər. Revanşist təbliğatın ən mühüm siyasi funksiyası keçmiş münaqişənin yaratdığı narazılığı gələcək siyasi təsirə çevirməkdir. Azərbaycan üçün əsas sual bu təbliğatın nə qədər səs toplaması deyil, onun Ermənistanın rəsmi siyasətinə, sülh sazişinə münasibətinə və konkret dövlət qərarlarına nə dərəcədə təsir etməsidir”.
Ekspert erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrindən zəif olduğunu, müharibə olacağı halda, daha ağır və rəzil məğlubiyyətlə üzləşəcəyinə əminliyini vurğulayıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri