Icma.az
close
up
RU
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma Bakıdan ŞİLLƏ kimi CAVAB

Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma Bakıdan ŞİLLƏ kimi CAVAB

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Erməni saxtakarlıqları və tarixi özününküləşdirmə cəhdləri səngimir. Belə ki, bu dəfə də Ermənistan və Polşadan olan arxeoloqların guya “Ararat” vadisi hövzəsində qədim suvarma sistemləri aşkar etməsi barədə məlumat yayılıb.

Məlumatda iddia olunur ki, qədim Argiştixinili şəhəri yaxınlığında 2700 ildən çox yaşı olan nəhəng su idarəetmə və suvarma infrastrukturu aşkarlanıb. Bildirilir ki, bu “kəşf” Varşava Universiteti ilə Ermənistan Milli Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən peyk görüntüləri, tarixi hava fotoşəkilləri və digər müasir texnologiyaların köməyi ilə edilib.

Araşdırmanın eramızdan əvvəl VIII əsrdə Urartu hökmdarı I Argişti tərəfindən salındığı bildirilən Argiştixinili şəhəri ətrafında aparıldığı qeyd olunur. Tədqiqatçılar landşaft boyunca 1000 kilometrdən artıq su təsərrüfatı izlərinin aşkar edildiyini, bunların arasında qədim kanalların, çay yataqlarının və müasir suvarma sistemlərinin olduğunu bildirirlər.

Lakin burada ortaya bir sıra suallar çıxır. Əvvəla, 2700 il əvvəl indiki Ermənistan ərazisində hansı Ermənistan dövləti mövcud idi ki, bu irs “Ermənistanın qədim suvarma sistemi” kimi təqdim olunur? Həmin dövrdə bölgədə Urartu dövləti mövcud idi və tarixçilərin hamısı qətiyyətlə Urartunun ermənilərə dəxliliyi olmadığını deyir.

Bəs urartulular kim idi, hansı mədəniyyətin varisləri və daşıyıcıları idilər?

Van gölü hövzəsində Urartu abidələrini uzun illər tədqiq edən tanınmış türk arxeoloqu Afif Erzenin “Doğu Anadolu və urartular” əsərində urartuluların mənşəyi və erməni xalqından fərqli etnik mənsubiyyətə malik olmalarından bəhs edilir. O, arxeoloji materiallarla yanaşı, Aşşur mixiyazılı mənbələrinə və linqvistik dəlillərə istinad edərək yazır: “Urartu dilinin nə Sami, nə də Hind-Avropa dili olmayıb, asiatik bir dil olan Hurri dili ilə morfoloji, fonoloji, sintaksis və lüğət tərkibinə görə qohumluq əlaqəsinin varlığı bir çox tədqiqatçılar tərəfindən sübut olunub”.

A. Erzen Hurri və Urartu tayfalarının Kür-Araz mədəniyyətinin varisləri olduğunu qeyd edir. Beləliklə, aydın olur ki, erkən Urartu mədəniyyəti Azərbaycan ərazisində formalaşmış Kür-Araz mədəniyyətinin davamı olub. Həmçinin, alman diplomatı, şərqşünası və linqvisti Andreas David Mordtmann 1872 və 1877-ci illərdə çap olunmuş iki iri həcmli məqaləsində Urartu dilinin erməni dili ilə qohumluq əlaqəsini iddia etməyin tamamilə yanlış olduğunu sübut edib.

Ermənilərin urartulularla eyni dövrdə Şərqi Anadoluda yaşamadığını e.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində verdiyi məlumat bir daha təsdiq edir. Herodot yazır ki, ermənilər Kiçik Asiyanın qərbində yerləşən Friqiyadan gələn köçkünlər idilər: “Ἀρμένιοι δὲ κατά περ Φρύγες ἐσεσάχατο, ἐόντες Φρυγῶν ἄποικοι.” (Herodotus. Histories., VII, 73.1).

İkincisi, haqqında danışılan Argiştixinili şəhəri nədir və harada yerləşib? Tarixi mənbələrə görə, Argiştixinili Urartu hökmdarı I Argiştinin adı ilə bağlı olan şəhərdir. Şəhərin adı da məhz Urartu hökmdarının adından götürülüb. Bu adın erməni mənşəli olması barədə heç bir elmi əsaslandırılmış fakt mövcud deyil.

Üçüncüsü, suvarma sistemlərinin mövcudluğu hansısa xalqın və ya dövlətin həmin ərazidə min illər boyu dəyişmədən yaşadığını sübut etmir. Bu baxımdan ortaya haqlı sual çıxır: söhbət Urartu irsinin öyrənilməsindən gedir, yoxsa növbəti dəfə qədim tarixdən istifadə etməklə müasir siyasi iddiaların əsaslandırılmasına cəhd göstərilir?

Mövzu ilə bağlı tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə Musavat.com-a danışıb: "Suvarma bizim eradan əvvəl IV minillikdə Mesopotamiyada olub. Ora da Urartu ərazisi deyil. Ermənilərin urartulara heç bir dəxli yoxdur. Urartulara daha yaxın olanlar gürcülər və onlara qohum xalqlardır. Ermənilər isə sonradan gəliblər. Onların mənşəyi hind-Avropa xalqları ilə bağlıdır. Əvvəl Van gölü ətrafına gəliblər, daha sonra isə tədricən indiki Ermənistan ərazisinə köçüblər. Bu proses uzun müddət davam edib. Bura isə əvvəllər Azərbaycan torpaqları olub. Orada əvvəl Urartu, daha sonra isə Albaniya mövcud olub.

Orada bəzi vilayət və ərazi adları olub, bəli, Urartu dövrünə aid adlar var. Amma onların ermənilərlə heç bir əlaqəsi olmayıb. Argişti də erməni adı deyil. Bu ad Urartu çarlarından birinin adıdır. Ola bilsin ki, çarın adı ilə hansısa ərazi Argişti adlandırılıb. Amma qeyd etdiyim kimi, bütün bunların ermənilərə heç bir aidiyyəti yoxdur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 İyul 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri