Icma.az
close
up
RU
İrəvandan sülhə əngəl olacaq konstitusiya gedişi: 3 EHTİMAL

İrəvandan sülhə əngəl olacaq konstitusiya gedişi: 3 EHTİMAL

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanın sülh sazişi ilə bağlı İrəvandan tələb etdiyi konstitusiya dəyişiklikləri Ermənistan üçün qəbuledilməzdir”. 

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Nazir qeyd edib ki, bu məsələ ilə bağlı tərəflər arasında qarşılıqlı anlaşma yoxdur. 

“Onlar deyirlər ki, bizim konstitusiyamızda problem var, biz isə deyirik ki, yoxdur. Bu məsələdə qarşılıqlı anlaşma yoxdur”,- deyə Mirzoyan bildirib. 

Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması və ATƏT-in Minsk Qrupunun buraxılmasına dair avqustun 8-də Vaşinqtonda imzlanmış razılaşmadan sonra tərəflər arasında həllini gözləyən yeganə məsələ Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsi ilə bağlıdır. Nikol Paşinyan hökuməti bununla bağlı ziddiyyətli mövqe nümayiş etdirir. 

Belə ki, İrəvan bəzən konstitusiyadan Azərbaycana ərazi iddialarını nəzərə tutan preambula hissəsinin çıxarılacağını işarə edir və bunun rəsmi Bakının tələbi ilə həyata keçirilmədiyini bildirir. Ermənistan hakimiyyəti vaxtaşırı sülh müqaviləsinin imzalanması üçün konstitusiyaya ehtiyac olmadığını bildirir. Ona görə də Ermənistan rəhbərliyinin mövqeyi bir neçə kontekstdən təhlil edilir. 

Əsas ehtimallardan biri Nikol Paşinyanın preambulanı konstitusiyadan çıxartmaq təklifinə dair razılaşmanı Ermənistan ictimaiyyətindən gizlətmək cəhdi ilə bağlıdır. Yəni 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində bu faktdan revanşist müxalifət, kilsə və diaspor Nikol Paşinyan hakimiyyətinə qarşı antitəbliğat vasitəsi kimi istifadə edə bilər. Ona görə də Paşinyan hökuməti bu məsələdə maksimum konfidensiallığa əməl etməyə çalışır. 

Əgər seçkilərdə Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası yenidən qalib gələrsə, hazırkı iqtidarın məqsədi tam aydın olacaq. İkinci ehtimal bundan ibarətdir ki, Nikol Paşinyan hökuməti yüklərin tranzitinə dair Azərbaycan və Ermənistan arasında məhdudiyyətlərin qarşılıqlı şəkildə aradan qaldırılmasından sonra yaranmış etimada əsaslanan sülh formulu təklif edir. 

Xatırladaq ki, Nikol Paşinyan bir müddət öncə etimad olan yerdə sülh müqaviləsinə ehtiyacın olmadığı haqda fikir söyləmişdi. Bu mənada, Ermənistan rəhbərliyi preambulaya hüquqi xitam verməyə tələsmir və konstitusiyaya dəyişiklik edilmədən yekun sülh sazişinin imzalanacağına ümid edir. Lakin Azərbaycan tərəfinin bununla razılaşacağı inandırıcı görünmür. 

Nəhayət, üçüncü ehtimal bu məsələ ilə bağlı Ermənistan hakimiyyəti daxilində fikir ayrılığının olması ilə bağlıdır. Ermənistan rəsmilərinin fərqli açıqlamalar verməsi konstitusiyaya dəyişiklik məsələsində vahid mövqenin olmadığı qənaətini yaradır. 

Parlamentin sədri Alen Simonyan və ədliyyə naziri Srbuhi Qalyan preambulanın ləğvinin tərəfdarı kimi görünür. Xarici işlər naziri Ararat Mirzoyan bu məsələdə mühafizəkar yanaşma nümayiş etdirir və konstitusiyanı dəyişməyi zəruri hesab etmir. Baş nazir Paşinyan isə ənənəvi kursuna sadiq qalaraq qeyri-sabit mövqe tutur. 

Paşinyanın açıqlamaları onun bu məsələdə tərəddüd etdiyini və qəti qərara gələ bilmədiyini göstərir. Ancaq seçkilərdə hansı siyasi qüvvənin qalib gəlməsindən asılı olmayaraq, Ermənistan konstitusiyasında və qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarının qalması hüquqi işğal sayılır. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Ermənistan tərəfindən tanınmaması və ya pozulması deməkdir. 

Belə olan təqdirdə, hər hansı sülh sazişi imzalana bilməz. Ona görə də rəsmi Bakı Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini de-yure tanımağı tələb edir. Ermənistan Konstitusiyasına dəyişiklik etmədən Azərbaycanın ərazi bütövlüyünü de-yure tanıya bilməz. Çünki Ermənistan qanunvericiliyinə görə, preambula hüquqi-normativ aktın strukturuna daxildir. 

Yəni preambula hüquqi-normativ qüvvəyə malikdir. Əgər Nikol Paşinyan preambulaya xitam vermədən Azərbaycanla sülh müqaviləsi imzalayarsa, Ermənistan Konstitusiya Məhkəməsi həmin sənədə müsbət rəy verməyəcək. Bu halda Ermənistan Konstitusiyasının 116.3-cü maddəsinə görə, parlament müqaviləni ratifikasiya edə biməz. Oxşar qaydada Azərbaycan Konstitusiya Məhkəməsi və parlamenti də sülh müqaviləsini təsdiq etməyəcək. Ona görə də Ermənistan yalnız konstitusiyanı dəyişdikdən sonra real sülhdən danışmaq olar. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Ararat Mirzoyan İrəvan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri