İrəvanın Aİ yə üzv olmaq cəhdindən narahatıq Rusiya XİN
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Moskva İrəvanın Aİ-yə üzv olmaq cəhdindən narahatdır.
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, Qərbin onu geosiyasi oyunlarına sürükləyəcəyi təqdirdə Ermənistan Aİİ-nin üstünlüklərini itirmək riski ilə üzləşəcək: "Təbii ki, Ermənistanın Aİ-yə daxil olmaq istəkləri narahatlıq doğurur, çünki bu cür istəklər bu ölkənin Aİİ-yə üzvlüyü ilə bir araya sığmır və biz bu barədə erməni tərəfdaşlarla çoxsaylı təmaslarımızda danışırıq.
Məlumdur ki, Aİİ-də iştirak sayəsində Ermənistan dinamik inkişaf edir və İrəvan üçün bütün əsas sektorlarda iqtisadi artım müşahidə olunur. Qərb Ermənistanı öz geosiyasi oyununa sürükləyərək, Ermənistanı Rusiyadan və digər təbii müttəfiqlərindən qoparmağa çalışarsa, bu, Ermənistanın itirə biləcəyi böyük sərvətdir".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 22 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















