Icma.az
close
up
RU
“Aİ yə üzvlük İrəvanın növbəti siyasi fırıldağıdır”

“Aİ yə üzvlük İrəvanın növbəti siyasi fırıldağıdır”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması ilə bağlı qanun layihəsi hakimiyyətin siyasi fırıldağından başqa bir şey deyil”. Bu barədə “Çiçəklənən Ermənistan” Partiyasının lideri Edmon Marukyan bildirib.

Aprelin 4-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Aİ-yə daxil olması prosesinin başlanmasını nəzərdə tutan qanunu imzalayıb. Sənəd martın 26-da parlament tərəfindən ikinci və yekun oxunuşda qəbul edilib. Bu qanun layihəsi bir neçə ictimai-siyasi təşkilatın təşəbbüsü ilə irəli sürülüb. Eyni zamanda, belə bir qanunun yaradılmasının lehinə ölkənin 60 min vətəndaşı səs verib. Ermənistan konstitusiyasına görə, mülki qanun layihələrinin parlamentə təqdim edilməsi üçün azı 50 min imza toplanmalıdır. 

Marukyanın fikrincə, əgər hakimiyyət, həqiqətən də, Aİ-yə üzv olmaq niyyətində idisə, o zaman ilk növbədə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalı, sonra Aİ-dən üzvlüklə bağlı danışıqlara başlamağı rəsmi şəkildə xahiş etməli idi: “Amma bizim hakimiyyət bu cür məqsəd və ideyaları rəhbər tutmur. Bütün bunlar sırf daxili siyasi intriqalar çərçivəsində – seçiciləri cəlb etmək, səs toplamaq üçün edilir. Onların Avropadakı proseslərlə nə dəyər, nə də ideoloji bağlılığı var. Sadəcə olaraq, insanları çaşdırmağa çalışırlar: bəyənin, bizi seçin, sizi Aİ-yə aparaq”.

Partiya sədrinin fikrincə, baş verənlər geosiyasi oyunun bir parçasıdır və Qərb Ermənistanı Aİ-də görmək istəmir. Bu, nə dərəcədə reallığı əks etdirir?  Əslində, indiki şəraitdə Ermənistanın Aİİ-dən çıxması inandırıcı görünmür. Çünki İrəvan ittifaqdan çıxacağı təqdirdə çox şeyi itirəcək, Rusiyanın və qurumdakı digər üzvlərinin bazarına sərbəst çıxış imkanlarından məhrum olacaq. Hayastanda elektrik enerjisi və ərzağın qiymətləri artacaq, təbii qaz tədarükündə problemlər yaranacaq. 

Yada salaq ki, bu ölkənin daxili bazarında təbii qazın inhisarçı satıcısı “Qazprom Armenia” şirkətidir. Onun da səhmlərinin 100 faizi Rusiyanın “Qazprom” şirkətinə məxsusdur. İki ölkə hökumətləri arasında müqaviləyə əsasən, Ermənistana ildə 2,5 milyard kubmetr qaz nəql edilir. Hazırda Hayastan Rusiya qazının 1000 kubmetri üçün 165 dollar ödəyir. Avropada isə təbii qazın qiyməti bundan dəfələrlə bahadır. Niderlandın TTF qaz qovşağında təhvil verilmək şərti ilə satılan mavi yanacağın hər 1000 kubmetrinin qiyməti cari ilin yanvarında 517 dollar, fevralında 542 dollar, martında isə 473 dollar təşkil edib. Yəni bu ilin birinci rübündə orta qiymət 509 dolları keçib. Belə olan halda Hayastanın Aİİ-dən çıxması yanacağın qiymətinin bir neçə dəfə artmasına səbəb ola bilər. 

Bundan başqa, Hayastanda bir sıra aparıcı sənaye müəssisələri, dəmir yolları, enerji hasil edən, onun paylaşımını həyata keçirən və maliyyə məsələləri ilə məşğul olan müəssisələr də Rusiyaya məxsusdur. 

Onu da nəzərə alaq ki, İrəvanın Aİ-yə daxil olması Aİİ ilə bazarların bağlanması deməkdir. Brüssellə idxal-gömrük tariflərinin sıfırlanması İrəvanın avtomatik olaraq Moskva ilə gömrük tarifinə qayıdışı deməkdir. Bundan sonra, Rusiyaya və qurumdakı digər ölkələrə göndərilən mallara gömrük rüsumları tətbiq olunacaq. 

Onu da qeyd edək ki, Rusiyanın Ermənistanla ticarət dövriyyəsi 2024-cü ildə 50 faizdən çox artaraq 12,7 milyard dollara çatıb. Beləliklə, Aİİ-dən çıxmaqla iqtisadi əlaqələr zəifləyəcək, Ermənistan mallarının tədarükü 70–80 faiz azalacaq. 

Deməli, Ermənistan Avropaya doğru irəliləyirsə, o zaman Aİİ ilə münasibətlərinə yenidən baxmalıdır. Bu zaman İrəvan yuxarıda qeyd olunanlardan əlavə bir neçə məqamı da nəzərə almalıdır. Birincisi, Rusiya tərəfi Ermənistanın xarici siyasət kursu ilə bağlı sərt mövqe nümayiş etdirir və bu məsələni diqqətdən kənarda qoymaq niyyətində deyil. Moskvanın İrəvana inamının azaldığını və səbrinin məhdud olduğunu göstərir. Rusiya nöqteyi-nəzərindən Ermənistan Avrasiyaya inteqrasiya layihələrinə üstünlük verməlidir. Aİİ və KTMT-yə üzvlüyün davam etdirilməsini vacib sayan Moskva müntəzəm olaraq xatırladır ki, Ermənistanın təhlükəsizliyinə zəmanət Qərb deyil, Rusiya tərəfindən verilir.

İkincisi, təbii ki, Avropa onunla quru sərhədi olmayan, iqtisadi cəhətdən zəif bir ölkəni quruma qəbul etmək istəmir. Bundan başqa, korrupsiya ilə mübarizə, məhkəmə islahatları və demokratiyanın gücləndirilməsi istiqamətində də problemlər var. Hayastanda qanunun aliliyinə, insan hüquqlarına, etnik azlıqlara hörmət və müdafiəyə zəmanət yoxdur. Ermənistan, ümumiyyətlə, monoetnik dövlətdir. 

Eyni zamanda, Aİ həm də genişlənmə nöqteyi-nəzərindən kifayət qədər ləng və həvəssiz hərəkət edir. Qərarlar da mürəkkəb və uzun müddət ərzində, fikir ayrılıqları fonunda qəbul edilir. Bu da prosesin on illərlə uzanacağını ortaya çıxarır. Ermənistanın Aİ-yə namizəd statusu alması uzun illər apara bilər. Çünki Brüsselin bu qərarı təxirə salacağı, geosiyasi oyunlarına davam edəcəyi istisna deyil. Ermənistanın da Aİİ-dən çıxıb, uzun illər Aİ qapısında gözləmək imkanı yoxdur. Görünür, İrəvan Aİ-yə üzv olmaqda o qədər maraqlı deyil. Sadəcə, qarşıdan gələn seçkilərdə seçiciləri öz tərəfinə çəkmək niyyətindədir. Ermənistanın Aİ-yə üzv olmaq “hoqqabazlığı” da bu məqsədə xidmət edir. 

E. Marukyan demişkən, hakimiyyət bu yolla tez-tez öz vətəndaşlarını çaşdırmağa nail olur. Lakin bu cür hiylələr Aİ ilə işləmir. Onun fikrincə, bu qurum İrəvanı üzv qəbul etmək niyyətində deyil: “Əsas göstəricilərdən biri qanun layihəsinin Ermənistan parlamenti tərəfindən qəbul edilməsinə Aİ-nin yüksək rütbəli nümayəndələrindən heç bir rəsmi reaksiyanın olmamasıdır. Nə Avropa Komissiyasının rəhbəri, nə Avropa İttifaqı Şurasının sədri, nə də Aİ xarici diplomatiyasının rəhbəri sənədi dəstəkləyən və ya təsdiq edən bəyanat verməyiblər. 

Nəzərə alsaq ki, postsovet ölkəsi, KTMT və Aİİ üzvü belə bir qanun qəbul edib, Aİ bu qərarı alqışlamalı idi. Bəlkə də Ermənistana nümayəndə heyətləri göndərməli idi. Amma belə bir şey olmadı, çünki Brüssel bunun siyasi saxtakarlıq olduğunu çox yaxşı başa düşür”.

 O qeyd edib ki, Aİ tərəfindən verilən hər hansı vəd erməni cəmiyyətində ancaq illüziyalar yaradır. Bundan əlavə, Marukyan xatırladıb ki, Brüssel heç vaxt Ermənistanın təhlükəsizliyinə zəmanət verməyib. Bununla belə, ölkədə, guya, Aİ-nin Ermənistana müdafiə təklif etdiyi ilə bağlı ritorika fəal şəkildə təbliğ olunur: “Təəssüf ki, Aİ-yə qoşulmağın lehinə çıxış edən bir çox vətəndaş əsas səbəb kimi təhlükəsizliyi göstərir. Bu da onların aldadılması deməkdir. İnsanlara izah olunmayıb ki, Aİ təhlükəsizliyi təmin etmir, ancaq onu “istehlak” edir – ilk növbədə isə ABŞ-dan. İndi hakimiyyətə Tramp gəlib və o, Avropanın “təhlükəsizliyi”nə tam zəmanət vermir.

Ermənistanın baş naziri N. Paşinyanın özü belə ölkəsinin Aİ-yə üzvlüyünə şübhə ilə yanaşır. Əks halda, “Ermənistan özünü Aİİ-də daha rahat hiss edir” – deməzdi.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri