Icma.az
close
up
RU
Media əyri güzgüyə çevrilməməlidir

Media əyri güzgüyə çevrilməməlidir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Jurnalist qeybətcil sosial şəbəkə istifadəçisindən fərqlənmirsə...

Azərbaycan Mətbuat Şurası son dövrlər informasiya məkanımızda çox vacib olan məsələyə nəzər salan açıqlama yayıb. Söhbət media subyektlərinin və jurnalistlərin sosial şəbəkələrdə bir-birinə qarşı duran tərəflərin, bir növ, alətinə çevrilməsindən gedir.

Əvvəla, onu deyək ki, bir vaxtlar jurnalistlərin siyasi proseslərdə alətə çevrilməsinin yolverilməzliyi vurğulanırdısa, hazırda onların ayrı-ayrı müğənnilərin, özlərini yaradıcılıq adamı kimi təqdim edən şəxslərin açıq təhqir və böhtan yarışmasında vasitəçi obrazı canlanır. Əlbəttə, buna vasitəçilik demək mümkündürsə.

Həqiqətən, xoşagəlməz durum var və əslində, MŞ-nin açıqlaması həmin durumun əyani təsviridir. Qurum bildirir: “Jurnalist və media orqanları bir-birinə qarşı duran tərəflərin sosial şəbəkələr vasitəsilə açıqladıqları məqamları işıqlandırarkən, məsələni şəxsi həyatın toxunulmazlığı prizmasından qiymətləndirməlidirlər. Həssas yanaşma və peşəkarlıq bunu tələb edir. Peşəkarlıq onu da tələb edir ki, mübahisə tərəflərinin şəxsi həyatlarının nə dərəcədə ictimai məzmun daşıdığı, onların belə bir statusda olub-olmadıqları müəyyənləşdirilsin”.

Mətbuat Şurasının açıqlaması onu deməyə əsas verir ki, müasir informasiya mühitində jurnalistika yalnız məlumat ötürən mexanizm deyil, ictimai münasibətləri formalaşdıran normativ institutdur. Bu baxımdan media təmsilçilərinin, habelə informasiya yayıcılığı ilə məşğul olan digər şəxslərin fəaliyyəti cəmiyyətin mənafelərinin qorunmasına xidmət etməli, fərdi ədavətlərin və şəxsi mübahisələrin yayım platformasına çevrilməməlidir. Halbuki bir çox hallarda bunun əksini görürük. Problemin aktuallığını artıran isə sosial şəbəkələrin informasiya istehsalında dominant rol alması və medianın onların yaydıqları məzmunu sürətli şəkildə tirajlamasıdır.

Qeyd edək ki, media ilə bağlı nəzəriyyələrdə jurnalistikanın azadlıqla yanaşı, həm də ictimai öhdəlik daşıdığı vurğulayır. Bu, sosial məsuliyyət konsepsiyasından qaynaqlanır. Nəzərə almaq lazımdır ki, məhz azadlıq və məsuliyyət arasında tarazlıq medianın legitimliyinin, başqa sözlə desək, cəmiyyət tərəfindən qəbul olunmasının əsas şərtidir. Əgər media və jurnalistlər bu legitimliyə zidd addımlar atırlarsa, deməli, peşə prinsiplərinə laqeyd yanaşır. Əlbəttə, söhbət təkcə peşə etikasına laqeydlikdə deyil. Çünki belə bir durumun, bir çox hallarda, qanun pozuntusu təmayülü var.

Mətbuat Şurasının açıqlamasının digər aspekti onu deməyə əsas verir ki, hüquqi müstəvidə ifadə azadlığı ilə şəxsi həyatın qorunması arasında balans prinsipi mövcuddur. İctimai maraq yalnız o zaman üstün hüquqi əsas qazanır ki, birincisi, ictimai təhlükəsizlik və sağlamlıq məsələləri, ikincisi, ağır cinayət və korrupsiya faktlarının qarşısını almaq əzmi, üçüncüsü, vəzifədən sui-istifadə hallarına yol verməmək, dördüncüsü isə cəmiyyətin ciddi şəkildə yanlış istiqamətləndirilməsi riskləri ön planda dayansın. Şəxsi həyatın qorunması hüququnun üstünlüyü isə yalnız ictimai maraq sübut olunduqda məhdudlaşdırıla bilər. Əlbəttə, bunu müəyyənləşdirən – sübuta yetirən jurnalist peşəkarlığı və peşəkarlıqdan qaynaqlanan həssaslıqdır.

Media subyekti sosial şəbəkə istifadəçisindən fərqli olaraq, peşəkar məsuliyyət daşıyır və onun yaydığı informasiyanın nəticələrinə görə hüquqi cavabdehlik riski ilə üzləşmə faizi daha böyük olur. İndiki durumda məişət xarakterli şəxsi mübahisələrin geniş ictimai diskursa daşınması hüquqi baxımdan əsaslandırılmış ictimai maraq kateqoriyasına daxil deyil. Halbuki ayrı-ayrı media vasitələri elə yol tuturlar ki, sanki, məsələn, hansısa blogerin nazirlik əməkdaşı ilə gizli sevgi münasibətlərində olmasına dair fakt böyük ictimai məzmun daşıyır.

Hazırda Azərbaycan mediasında, böyük ölçüdə, belə demək mümkünsə, reaktiv yayım fenomenliyi əsas götürülür. Yəni sosial şəbəkələrdə yayılan emosional və qərəzli paylaşımlar mediada tirajlanır. Nəticədə jurnalistikanın fakt-analiz modelindən uzaqlaşması və sahənin reaksion platformaya çevirməsi yaşanır. Bu isə, öz növbəsində, qərəzin institsionallaşması riskini doğurur. Başqa sözlə desək, jurnalist və ya media orqanı şəxsi ədavətə əsaslanan paylaşımı olduğu kimi yayırsa, üstəlik, tərəflərdən birinin hiddətini göstərən motivi gücləndirirsə, deməli, həmin hiddətin də alətinə çevrilir.

Məsələn, media subyektləri haqqında söz açdığımız blogerin nazirlik əməkdaşı ilə bağlı video görüntüsündə adını çəkdiyi şəxslərin hər birinin fotolarını yaydı. Halbuki peşəkar jurnalist həmin şəxslərin adlarının açıqlanmasının sırf blogerin qəzəbinin məhsulu olduğunu və onların mövzuya heç bir aidiyyatının olmadığını hiss eməli və duymalı idi. Bu hissiyyatsızlıq və duyumsuzluq şəraitində medianın neytrallığı itdi.

Jurnalist və media orqanının fəaliyyətində cəmiyyətin maraq və mənafelərini nəzərə alması onun özünün hadisə və proseslərə, ümumən istənilən duruma etik yanaşması ilə ölçülən haldır. Məhz etik yanaşma ictimai motivin olub-olmadığını ortaya çıxaran vasitədir. Yəni jurnalist hər bilginin, yaxud paylaşımın arxasındakı ictimai məzmunu dəqiq bilməli, proporsionallığı qorumalıdır. Bu zaman isə bilginin, yaxun məlumatın təqdimat forması onun ictimai əhəmiyyəti ilə mütənasib olmalıdır. Tutalım, məişət söhbətləri və ya konfliktlərinin sensasiya olaraq təqdim edilməsi yersizdir. Buna riayət edilməməsi medianın, belə demək mümkünsə, reputasiya kapitalını zəiflədir və ictimai etimad böhranı yaradır.

Ümumən, media ilə sosial şəbəkə profili arasında fərqin itməsi jurnalistikanın ictimai legitimliyinin zəifləməsinə gətirib çıxarır. Nəzərə alaq ki, etimadın özü də medianın əsas institusional kapitalıdır. Əgər jurnalistikaya etimad azalırsa, cəmiyyət dezinformasiya riski ilə üzləşir, ictimai qütbləşmə dərinləşir, informasiya xaosu yaranır. Deməli, jurnalistlərin etik davranış qaydalarına riayət etmələri yalnız peşəkar öhdəlik deyil, həm də ictimai təhlükəsizlik faktorudur.

Məşhur amerikalı jurnalist, yazıçı və publisist Uolter Lipman deyirdi ki, “xəbər və həqiqət eyni şey deyil. Xəbər hadisəni bildirir, həqiqət isə hadisənin arxasındakı mənanı açıqlayır”. Müəllifin başqa bir fikri odur ki, jurnalistikanın ilk öhdəliyi həqiqətə, ilk sədaqəti isə vətəndaşlara olmalıdır. Arzu edərdik ki, həmkarlarımız Mətbuat Şurasının çağırışından nəticə çıxarsınlar. Nəticə çıxarsınlar ki, mütərəqqi dəyərlərə sadiqliklərinə şübhə olmasın. Nəticə çıxarsınlar ki, həqiqətlər və doğrular öz yerini yalanlara və digər nadürüstlüklərə verməsin.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see269

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see230

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see227

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see223

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see223

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see222

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see219

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see219

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see208

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see203

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see202

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see200

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see199

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see199

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see197

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see189

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see183

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see178

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see166

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri