Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Bu rayona yeni polis rəisi təyin edildi

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

İrəvanın məkrli ssenarisi və erməni yalanına avropalı dəstəyi

İrəvanın məkrli ssenarisi və erməni yalanına avropalı dəstəyi

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Deputat: “Güman edirlər ki, Bakının prinsipial tələbləri yerinə yetirilmədən, təzyiqlər vasitəsilə Azərbaycana sülh sazişini imzalatmağa nail olacaqlar”

Martın 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin şərti sərhəd zonasının cənub-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə üç dəfə məlumat yaydı. Amma Ermənistan Müdafiə Nazirliyi atəşlə bağlı xəbəri təkzib edib. Bir növ, hər zaman olduğu kimi, İrəvan atəş açması faktını atmağa çalışır. İrəvanın bu yalanına isə Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Monitorinq Missiyasının  qərargahı kömək edib. Belə ki, mülki missiya adı altında fəaliyyət göstərən qurum sərhədə patrul göndərdiyini və Ermənistan ordusu tərəfindən atəş açılmadığını iddia edir.

Missiyanın raportunda deyilir:"Vəziyyət sakit və sabit olaraq qalır, qeyri-adi fəaliyyət müşahidə olunmur”. Erməni mediası isə hazırda Missiyanın ermənipərəst mövqeyini dəstəkləməkdə israrlıdır.

Qeyd edək ki, Ermənistanın təxribatçı hərəkətlərini ört-basdır etmək üçün orda olduğuna şübhə yoxdur. 2025-ci ilin yanvarında Avropa İttifaqı ölkələrinin səfirləri 209 nəfərdən ibarət olan Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı qərarı Brüsseldə təsdiqləyiblər. Qərara əsasən avropalı müşahidəçilər Ermənistanın sərhədyanı rayonlarında daha iki il - 2027-ci il fevralın 19-dək qalacaqlar.

Müşahidə Missiyasının Ermənistanın sabitliyə təhlükə yaradan addımına göz yumması, əksinə, Azərbaycanı dolayısı ilə yalanda ittiham etməsinin ekspertlər bir neçə səbəbinin olduğunu bildirirlər.

Milli Məclisin deputatı Ceyhun Məmmədov AYNA.AZ-ın məsələ ilə bağlı suallarını cavablandırarkın deyib ki, bu qurumun ümumi fəaliyyətinə baxılmalıdır:

- Müşahidə Missiyasının bölgəmizdəki fəaliyyətinitəhlil edəndə aydın olur ki, onların atəşlə bağlı mövqeyi məhz belə olmalı idi. Avropalı müşahidəçilər addımlarını Ermənistanla koordinasiyalı həyata keçirir, bəyanatları İrəvanın bəyanatlarına uyğunlaşdırırlar. Onlardan fərqli raport verməyi gözləmək sadəlövhlük olardı. Onların Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə atəş açması faktını təsdiqləməsi fəaliyyətlərinə uyğun deyil və qeyri-mümkündür. Bu baxımdan, biz təəccüblənməməliyik. Bu gün sual odur ki, Ermənistan nə üçün bizim mövqelərimizə atəş açır? Bu sual hazırda aktuallığını qoruyur.

- Məqsəd nədir?

- Bir neçə gün əvvəl tərəflər sülh sazişi layihəsi üzrə danışıqların yekunlaşdığını bəyan etdilər. Rəsmi İrəvan bəyan etdi ki, sülh sazişini imzalamağa hazırdır. Ardınca isə sərhəddə atəş səsləri eşidilir. Birincisi, Ermənistan Mülki Müşahidə Missiyası ilə birlikdə Azərbaycana təzyiq göstərmək istəyir. Niyyət budur ki, qısa zamanda sülh sazişi imzalansın. Amma məlumdur ki, Azərbaycanın sülh sazişi ilə bağlı prinsipial şərtləri var ki, ən ali səviyyədə, cənab Prezident İlham Əliyev səviyyəsində bu açıqlanıb. Ermənistan bu şərtləri yerinə yetirmək istəmir və tələblər icra olunmadan sənədin imzalanmasına çalışır. Həmin şərtlər yerinə yetirilmədən isə sülh sazişinin imzalanmayacağını İrəvan yaxşı anlayır. Elə Ermənistana havadarlıq edən Aİ müşahidəçiləri də bunu başa düşürlər. Ona görə də, atəş açıb, sonra sabitliyi Azərbaycan tərəfinin pozduğunu iddia etməklə ölkəmizə təzyiqə cəhd göstərirlər.

Digər məqsəd isə dünya dövlətlərinin diqqətini Cənubi Qafqaza çəkməkdir. Ermənistanın Baş naziri son günlər Fransa, İran, Rusiya rəhbərləri ilə danışıqlar aparır, açıqlamalar verir. ABŞ-ın məsələlərə fərqli yanaşması var. Ermənistan nə qədər çalışsa da, Amerikanın Cənubi Qafqazdakı sülh prosesinə əvvəlki müdaxiləsinə nail ola bilmir. İrəvan göstərmək istəyir ki, guya sülh tərəfdarıdır, saziş imzalamağa hazırdır, amma Azərbaycan sülh istəmir. Azərbaycan Ordusunun mövqelərinə atəş açmaq, sonra bunu təkzib etmək, Aİ-nin Müşahidə Missiyasının isə İrəvanın bu təkzibini təsdiqləməsi də göstərir ki, qurulmuş ssenari işə düşüb. Məqsəd yenə deyirəm, Azərbaycana beynəlxalq təzyiq edilməsinə nail olmaqdır. Güman edirlər ki, Bakının prinsipial tələbləri yerinə yetirilmədən, təzyiqlər vasitəsilə Azərbaycana sülh sazişini imzalatmağa nail olacaqlar.

- Bu gümanları nə dərəcədə reallaşa bilər və təzyiqlər mümkündürmü?

- Əlbəttə ki, hər zamankı kimi, Ermənistan bu gümanlarında yanılır. Çünki anlamalıdırlar ki, Azərbaycanın mövqeyi qətidir, dönməzdir. Bu siyasətdən Azərbaycanı təzyiq vasitəsi ilə əl çəkdirmək qeyri-mümkündür. Azərbaycan lideri tərəfindən açıq şəkildə bəyan edilib ki, rəsmi Bakı bölgədə sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır. Lakin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətdə sülh sazişinin imzalanması mümkün deyil. Belə vəziyyətdə sülh sazişi imzalansa belə, bu, effektiv və dayanıqlı ola bilməz.

Beynəlxalq təzyiqə gəlincə, ümumiyyətlə, güman etmirəm ki, bu təzyiqlər mümkün olacaq. Avropa İttifaqının təbii ki, mövqeyi bəllidir. Xüsusilə, Fransa Ermənistanın maraqlarının qorunması üçün anti-Azərbaycan addımlar atıb, atacaq da. Lakin bu, yenə deyirəm, Azərbaycanı qəti siyasətindən döndərə bilməz. ABŞ-da yeni hakimiyyətə gələn Donald Tramp adminstrasiyasının da dünya siyasəti ilə bağlı addımlarını müşahidə edirik. Ermənistan başa düşür ki, Tramp adminstrasiyasının məsələlərə yanaşması keçmiş Bayden adminstrasiyasından fərqlənir. Amma bütün hallarda, təzyiqlər olsa belə, bununla Bakının tələblərindən geri çəkilməsinə nail olmayacaqlar. Ona görə də, hesab edirəm ki, Ermənistan avantüralara getməməlidir. Ermənistan hakimiyyəti sülh istəyirsə, sülhdə səmimidirsə, manipulyasiyaları bir kənara qoymalı, Azərbaycanın haqlı, beynəlxalq hüquqa uyğun tələblərini yerinə yetirməlidir. Əks halda, belə oyunlar İrəvanın özü üçün başağrısına çevriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Mart 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see183

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see151

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see133

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see127

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see125

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see122

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see122

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see121

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see121

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri