Icma.az
close
up
RU
İrəvanın geopolitik fiaskosu

İrəvanın geopolitik fiaskosu

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paşinyan körpüləri bərpa etmək üçün Moskvaya gedir. Bir sıra ekspertlərin fikrincə, İrəvan kollektiv Qərb və ya ən azı Vaşinqton üçün cəlbediciliyini itirib. Erməni politoloq Artur Xaçikyan belə pessimist nəticələrə gəlib və qeyd edib ki, Aİ İttifaqa daxil olmağa can atan Ermənistanın baş nazirinin 9 May bayramında iştirak etmək üçün Moskvaya getdiyini vurğulayır.

Erməni politoloqunun fikri erməni mediasının yaydığı məlumatlar fonunda əlavə aktuallıq qazanır: Paşinyan Donald Trampı razı salmaq və onu Ermənistanın ABŞ üçün Cənubi Qafqazda mühüm strateji tərəfdaş ola biləcəyinə inandırmaq üçün Amerikanın “Merkuri” PR şirkətini işə cəlb edib.

Xaçikyanın qiymətləndirmələrində çoxlu panika xarakterli qeydlər var: “Qərbin Ermənistanda heç bir marağı yoxdur, əvəzində Kaja Kallas qaz və neft üçün Azərbaycan prezidentinin əlini öpmək üçün Azərbaycana gedib”.

Doğrudanmı İrəvan ABŞ və Aİ üçün strateji əhəmiyyətini itirib? Əcnəbi politoloqların bu mövzuda “Caliber” analitik mərkəzinə verdikləri şərhləri oxucularımıza təqdim edirik.

Cənubi Qafqaz üzrə rusiyalı ekspert Aleksandr Ryabtsovun fikrincə, Paşinyanın manevrlərində təəccüblü heç nə yoxdur, çünki “Moskva İrəvana xəbərdarlıq edib”.

“Son bir il ərzində Moskvadan İrəvanın Qərbi razı salmaq cəhdlərini dayandırması ilə bağlı çoxlu bəyanatlar səslənib. Rusiya Xarici İşlər Nazirliyi və siyasətçilər Vaşinqton və Aİ-nin Ermənistana marağının sırf “mövsümi” olduğunu dəfələrlə dostcasına xatırladıblar. Və sonra Ermənistan bir müddət Qərbin dəstəyini itirəcək- bəlkə də uzun müddət- hətta Ermənistanı çox sevən Fransa prezidenti Makronun da.

Qərb Ermənistanla sırf istehlakçı nöqteyi-nəzərdən maraqlıdır - burada biz iki məqsəd müəyyən edə bilərik: Ermənistanı Rusiyaya qarşı qoymaq, həmçinin xaricdəki erməni diasporunun səslərindən istifadə etmək. Bu diasporlar Qərbin titul şəhərləri adlanan Los-Anceles, Nyu-York, Paris, Berlin, Brüsseldə fəaliyyət göstərirlər. Ona görə də müxtəlif siyasi qüvvələr arasında vaxtaşırı onlara maraq yaranır.

Hazırda Trampın komandası Ermənistana marağını tamamilə itirib, çünki o, erməni diasporunu Demokratlar Partiyasının maraqları üçün kanal hesab edir. Tramp prinsipialdır və əslində İrəvanı “qara siyahı”ya salıb. Ola bilsin ki, Vaşinqton hansısa formada Ermənistana dəstək nümayiş etdirməkdə davam edəcək, lakin bu, yalnız ictimaiyyət üçün şou olacaq. Reallıqda İrəvanın “Amerika kursu” tamamilə uğursuz oldu.

Bu, həm də Ermənistanla münasibətlərdən iqtisadi faydanın olmaması ilə izah olunur. Tramp başa düşür ki, İrəvan kommunikasiyaları açıb Bakı ilə bütün məqamlarda sülh sazişinə razılaşsa belə, onun ABŞ-a təklif edəcəyi heç nə yoxdur - Ermənistanın nə pulu, nə də resursu var. Azərbaycan isə həm regionda həm də geosiyasi liderliyə malikdir. Deməli, Bakı Tramp üçün daha maraqlı və perspektivlidir.

Odur ki, Paşinyan Moskvaya, erməni inadını Kremlə boyun əydirərək həyatdan şikayət etmək və Rusiyanın dəstəyi ilə danışıqlar aparmaq üçün gedir. “Kin saxlama” və “təvazökarlıqla bağışla” mesajı ilə. Aydındır ki, top artıq Moskvanın meydançasındadır və bu, İrəvanı may şənliklərində ictimaiyyəti əyləndirmək üçün qane edə bilər”, - A.Ryabtsov hesab edir.

Qırğızıstanlı politoloq Umar Mutaliyev hesab edir ki, Paşinyan strategiya siyasətçisi deyil, “bu günün siyasətçisi”dir və bu, İrəvanın xaotik davranışını izah edir. Erməni şovinizminin ideoloji doqmalarından başqa dünyaya təklif edəcəyi heç nə olmadığına görə ortaqlıda fırlanır. Paşinyan son dərəcə ləng düzələn bu vəziyyətin girovuna çevrilib - Ermənistanda revanşizm hələ də güclüdür.

"Moskva çox gözəl başa düşür ki, Brüssel İrəvana ilk növbədə ideoloji səbəblərə görə dəstək verir. Yadda saxlamaq lazımdır ki, Aİ bir çox cəhətdən multikulturalizmin xarici qabığına baxmayaraq, digər xalqları öz sisteminə assimilyasiya etməyə çalışan ideoloji birlikdir. Ona görə də Yerevan Ermənistan siyasi sponsorluğundan imtina edən ABŞ-dan fərqli olaraq, Aİ-dən dəstək alacaq.

Paşinyan ancaq Qərbin xoşuna gəlmək istəyini və anti-Rusiya ritorikasını Brüsselin alqışları altında təklif edə bilən siyasətçidir. Lakin onun siyasi alətlər dəsti burada sona çatır. Paris İrəvanı silahla təmin edib, lakin Makronun ermənipərəst fəaliyyəti artıq səngiməkdədir- Fransanın gündəmində yeni maraqlar var.

İndi də qərbyönlü Paşinyan Moskvaya Rusiya silahlarını tərifləmək üçün gedir. Paradoksal deyilmi? İrəvan, Paşinyanın bütün məharətli qulluqçuluğuna baxmayaraq, həm ölkə daxilində, həm də ideoloji məkanda revanşist ordudan xilas olana qədər uğursuzluğa məhkumdur. Bu ordu Paşinyanı Azərbaycanla anlaşa bilməyəcək şəkildə oynamağa davam etməyə məcbur edir.

Nə qədər ki, Paşinyan Ermənistanı Azərbaycan və Türkiyə ilə əməkdaşlıq yoluna çıxarıb, İrəvan elitasının bütün zəhərli siyasətini sıfıra endirməyəcək, nəticə eyni olacaq. Ümid etmək istərdim ki, o, indiki siyasətin son dərəcə uğursuz alət olduğunu başa düşmək üçün kifayət qədər ağıl və iradəyə malikdir. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən Paşinyan gah Moskvanı, gah da Brüsseli sevindirmək üçün rəqs etməyə məhkumdur”,- deyə Ü.Mütəliyev yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see376

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see288

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see278

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see266

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see266

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see263

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see255

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see243

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see241

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see236

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see228

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see227

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see226

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see219

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see214

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see205

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri