Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

İrəvanın donu açılmır...

İrəvanın donu açılmır...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

KTMT-nin Astana sammitini də kənardan izləyəcək

Xəbər verildiyi kimi, noyabrın 28-də Qazaxıstanın Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti keçiriləcək. Sammit çərçivəsində Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuralarının Katibləri Komitəsinin birgə iclasları, eni zamanda, KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək. İştirakçı ölkələr regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. İclasın yekunları üzrə bir sıra sənədlər qəbul ediləcək.

Qərb - Rusiya münasibətləri...

Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçiriləcək toplantısında əsas müzakirə predmeti isə Qərbin Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadəyə icazəsi ilə bağlı vəziyyətin müzakirəsi olacaq. Bu barədə TASS-dakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfəri çərçivəsində müttəfiqlər Ukrayna ərazisindəki böhranın bütün aspektlərini müzakirə edəcək. Mənbə xatırladıb ki, Moskva və Astana müttəfiqdir. Onların arasında aqressiya halında dəstək haqqında razılaşma var.

Əfqanıstan-Tacikistan sərhəddi müzakirə ediləcək...

KTMT Baş katibi İmanqali Tasmaqambetov isə Belarusun STV telekanalına müsahibəsində Astana sammitinin təfərrüatı ilə bağlı məlumat verib. O bildirib ki, bu il KTMT-nin sammitində Tacikistan-Əfqanıstan sərhədinin təkmilləşdirilməsi proqramının da qəbulu gözlənilir. “Bu il Kollektiv Təhlükəsizlik Şurası çox mühüm sənəd qəbul edəcək - sənəd Tacikistan-Əfqanıstan sərhədinin inkişafı üçün məqsədyönlü dövlətlərarası proqramdır. Əfqanıstan məsələləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının cari fəaliyyət sahələrindən biridir”, -deyə Tasmaqambetov bildirib. Onun sözlərinə görə, vəziyyət sabitləşmiş kimi görünsə də, hələ də Əfqanıstan ərazisində kifayət qədər terror təşkilatı var və bu çox ciddi  problemdir. “Bu proqramın imzalanması, əlbəttə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinə sərhədin bu hissəsini birgə inkişaf etdirməyə və bununla da, ilk növbədə, Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyini təmin etməyə imkan verəcək”, - deyə KTMT katibi bildirib.

Ermənistan bu dəfə də qatılmadı...

Ermənistan isə KTMT toplantısına yenə də qatılmayacaq. Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev TASS-a açıqlamasında bildirib ki, ermənilər tədbirdə iştirakdan imtina edib: “Erməni həmkarlar bu tədbirdə şəxsən iştirak etməkdən imtina ediblər. Bununla belə, onlar təsdiq edilməsi nəzərdə tutulan bütün sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmirlər”, - o qeyd edib.

Ermənistan tərəfi də Astanada keçiriləcək toplantıda təmsil olunmayacağını bildirib. Ermənistanın hərbi-siyasi blokun üzvü olmasına baxmayaraq, xarici işlər naziri Ararat Mirzoyan tədbirə qatılmayacaq. Bu barədə “Armenpress”ə müsahibəsində xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Qeyd edək ki, bu, İrəvanın KTMT tədbirlərinə qatılmamasının ilk nümunəsi deyil - Ermənistan hətta bu il hərbi blokun büdcəsinə üzvlük haqqı da ödəməyib.

Ümumiyyətlə, artıq bir neçə ildir ki, rəsmi İrəvan KTMT çərçivəsində keçirilən fərqli strtukturların görüşlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir. İrəvan 2023-cü il yanvar ayında öz ərazisində KTMT təlimlərinin keçirilməsinə etiraz etmişdi həmin ilin martında isə öz nümayəndəsini KTMT rəhbərinin müavini vəzifəsinə təyin etməkdən imtina etmişdi. 2023-cü ilin noyabrında Ermənistan baş naziri İrəvanda keçirilən KTMT sammitinin yekun sənədini imzalamamışdı.

Bu il fevralın 22-də Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bildirib. Mayın 8-də parlament saatı zamanı Paşinyan Ermənistanın KTMT-nin maliyyələşdirilməsindən də imtina etdiyini bəyan edib, daha sonra isə Ermənistan Təşkilatın mayın 31-də Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının işində də iştirak etməyib. Eyni zamanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçirilən iclasında da iştirak etməyib.

Viktor Vasilyev: “Erməni həmkarlar bu tədbirdə şəxsən iştirak etməkdən imtina ediblər. Bununla belə, onlar təsdiq edilməsi nəzərdə tutulan bütün sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmirlər”

Artıq bir neçə ildir ki, rəsmi İrəvan KTMT çərçivəsində keçirilən fərqli strtukturların görüşlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir. İrəvan 2023-cü il yanvar ayında öz ərazisində KTMT təlimlərinin keçirilməsinə etiraz etmişdi həmin ilin martında isə öz nümayəndəsini KTMT rəhbərinin müavini vəzifəsinə təyin etməkdən imtina etmişdi. 2023-cü ilin noyabrında Ermənistan baş naziri İrəvanda keçirilən KTMT sammitinin yekun sənədini imzalamamışdı.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2024 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see378

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see257

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see205

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see203

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see201

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see192

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see190

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see185

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri