Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

İrəvanın yeni himayədarı olan Brüssel ondan plasdarm kimi istifadə edir Ekspert

İrəvanın yeni himayədarı olan Brüssel ondan plasdarm kimi istifadə edir Ekspert

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ermənistanın son atəşkəs pozuntuları bir daha onu göstərir ki, bu ölkənin sülh niyyəti sadəcə dırnaqarası xarakter daşıyır. Atəşkəs pozuntularının məqsədi əvvəlkilərdən fərqli deyil. Ermənistan bununla ordumuzu və dövlətimizi təxribata çəkərək bütün dünyaya car çəkmək istəyir ki, baxın, Azərbaycan sülh istəmir".

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov deyib.

Onun sözlərinə görə, əslində Ermənistanın razılaşdırılmayan iki maddəni birdən-birə razılaşdırıb, guya Azərbaycandan sülh sazişinin imzalanmasının yeri və vaxtı ilə bağlı danışıqlar aparmaqla bağlı bəyanat verməsi də ona dəlalət edir ki, Ermənistan sadəcə və sadəcə sülhün imitasiyasını həyata keçirməkdədir.

“Necə olur ki, 17 maddəlik sülh sazişi layihəsinin 15 maddəsi qısa zamanda razılaşdırılır, qalan iki maddə ətrafında müzakirlər gedir və iki il sonra Ermənistan ona razılıq verdiyini açıqlayır. Bütün bunlar onu göstərir ki, dünyanın geosiyasi konyukturasının dəyişməsi Ermənistanın lehinə olmadığına görə qısa zamanda belə bir ritorika yaratmaq istəyir ki, guya sülhün tərəfdarıdır. Bununla da beynəlxalq aləmin dəstəyini qazanmağa çalışır. Amma reallıq ondan ibarətdir ki, baxmayaraq ki, Ermənistan iki maddəyə razılıq verib, bu özü də sırf sülh sazişi layihəsinin, sülh prosesinin irəliləməsi baxımından müəyyən mənada müsbət addım kimi göstərilə bilər. Amma Ermənistan hələ də Azərbaycanın irəli sürdüyü ədalətli şərtləri yerinə yetirməyib. Söhbət burda konstitusiyanın dəyişdirilməsindən, Minsk qrupunun ləğvindən, eyni zamanda Ermənistanın demilitarizasiyasından gedir. Bu çox təzadlı və təhlükəli məqamdır ki, Ermənistan bir tərəfdən bəli, “sülh göyərçini” rolunu oynamağa çalışır, amma digər tərəfdən də biz görürük ki, intensiv şəkildə silahlanır. Fransadan, Hindistnadan öldürücü hərbi texnikalar alır”, - ekspert bildirib.

Əlavə edib ki, İrəvan  Hindistandan “Akaş”, “Pinaka” sistemlərini, Fransadan Sezar” özüyeriyən artilleriya qurğuları, “Bastion” zirehli transportyorları alır.  Eyni zamanda da, şərti sərhəddə mövqelərini möhkəmləndirir:

“Ordakı Avropa İttifaqının “müşahidə missiyası” bütün bunlara göz yumur. Bu o deməkdir ki, İrəvanın yeni himayədarı olan Brüssel sözün əsl mənasında ondan bir geosiyasi alət, plasdarm kimi istifadə edir və Ermənistanın həm təxribatlarına göz yumur, həm də ki, özü Azərbaycana qarşı kəşfiyyat tərkibli fəaliyyətlər həyata keçirməkdir. Bütün bunlar sözsüz ki, süıh prosesinə mənfi təsir göstərir. Azərbaycan həmişə olduğu kimi öz milli maraqlarını, mövqelərini müdafiə etməyə hazırdır. Ermənistanın Azərbaycana qarşı hansısa qəsdinin qarşısı artıqlaması ilə alınacaqdır. Sadəcə olaraq Ermənistanın həm şərtləri yerinə yetirməməsi, həm təxribatları sadəcə özünə başağrısı olacaqdır”.

S.Zahidov başqa bir məqama da diqqət çəkib. Onun sözlərinə görə, sülh sazişi hətta bu gün imzalansa belə, onun dayanıqlı olması üçün müəyyən şərtlər yerinə yetirilməlidir:

“O şərtlərdən biri də Ermənistan cəmiyyətinin sülhə hazır olub-olmaması, azərbaycanlılarla nəqliyyat-kommunikasiya xətlərini bərpa edib birgə layihələrə hazır olmasıdır:

“Bu gün biz Ermənistanda bu hazırlığı görmürük, əksinə revanşizm, faşizm ideyaları daha da baş qaldırmaqdadır və Ermənistan rəhbərliyi buna göz yumur. Nümunə üçün, fevralın 26-da Daşnaksütyun-un 35-ci assamleyasında həm onun, həm də Ermənistanın digər müxalifər partiyalarının, o cümlədən Respublika partiyası nümayəndələri iştirak etdilər. Orda açıq-aşkar Azərbaycana qarşı ərazi iddiaları, təxribat yönümlü ifadələr yer aldı. Yəni, bütün bunlar onu göstərir ki, faşizm hələ Ermənistanda var və nə qədər ki, bu, faşizm ideologiyası Ermənistan dövlətinin, cəmiyyətinin daxilinə sirayət edib, rəhbərlik də buna göz yumur, biz onların sülh niyyətlərinə əmin ola bilmərik. Bu da Cənubi Qafqazda, ümumiyytlə təhlükəsizliyə və sülhə mənfi təsir göstərən bir məqamdır. Gələcəkdə hansısa bir münaqişə ocağının yenidən yarana bilməsinə vəsilə olacaq bir faktdır”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri