İrina Alekseyeva: Bakıya ilk dəfə səfər edəcəyəm, amma əminəm ki, orada da fanat kütləm olacaq
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Döyüşü səbrsizliklə gözləyirəm".
İdman.biz xəbər verir ki, bu sözləri rusiyalı UFC döyüşçüsü İrina Alekseyeva ilk dəfə Azərbaycanda keçiriləcək turnirdə baş tutacaq döyüşü barədə danışarkən deyib.
O, "MMA.Metaratings"ə müsahibəsində turnirin vətəninə yaxın ölkədə keçiriləcəyinə görə çox şad olduğunu deyib: "Rusiyalı döyüşçülər üçün Bakıda çıxış etmək əlavə məsuliyyət olacaq, çünki dost MDB ölkələrindən olan azarkeşlər bizə öz fanatlarımız kimi dəstək verəcəklər. Azərbaycandakı turnirin böyük üstünlüyü həm də odur ki, tranzit uçuşların verdiyi əsəbi keçirməyəcəyəm. Bakıda ilk dəfə olacağam, amma qələbə qazansam, emosional və baxımlı çıxış etsəm, əminəm ki, orada da fanat kütləm olacaq. Döyüşü səbrsizliklə gözləyirəm".
Qeyd edək ki, İrina Alekseyeva iyunun 21-də Bakıda polşalı Klaudia Siqula ilə döyüşəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















