İrina Zaretska: Bayrağımızı zirvələrdə dalğalandırmağa davam edəcəyəm
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"VI İslam Həmrəyliyi Oyunlarında çempion olduğum üçün çox xoşbəxtəm".
Bu sözləri Apasport.az-ın yarışa ezam olunan əməkdaşına karate millimizin üzvü İrina Zaretska deyib.
Təmsilçimiz artıq 3-cü dəfədir ki, İslamiadanın qalibi olduğunu vurğulayıb: “Karyeramda üçüncü dəfədir ki, İslam Oyunlarının qalibi oluram. Bizi dəstəkləyən hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu qələbə təkcə mənim deyil, həm də komanda əməyinin nəticəsidir. İnşallah, bayrağımızı hər zaman ən yüksək zirvələrdə dalğalandırmağa davam edəcəyəm. Bu medal mənim üçün xüsusi önəm daşıyır. Çünki analıq məzuniyyətindən sonra yarışlara qayıtmışdım. Bu uğur mənim özümə olan inamımı daha da artırdı. İnanıram ki, növbəti yarışlarda da uğurlu çıxışlarımı davam etdirəcəyəm".
Baxış sayı:33
Bu xəbər 13 Noyabr 2025 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















