Icma.az
close
up
RU
İrina Zaretska Dünya Oyunlarındakı uğurdan sonra: Bu yolu keçə bildiyim üçün qürur duyuram ə ÖZƏL MÜSAHİBƏ

İrina Zaretska Dünya Oyunlarındakı uğurdan sonra: Bu yolu keçə bildiyim üçün qürur duyuram ə ÖZƏL MÜSAHİBƏ

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış Azərbaycan karateçisi İrina Zaretska ana olduqdan sonra beynəlxalq arenada ilk medalını qazanıb. Yaxın günlərdə Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb. Maraqlıdır ki, Zaretska bu uğuru bir yaşlı qızının gözü qarşısında əldə edib. İrina indi, demək olar ki, bütün böyük yarışlara övladı ilə birlikdə yollanır.

İdman.biz-ə verdiyi eksklüziv müsahibəsində İrina Zaretska Dünya Oyunlarındakı son nailiyyəti, qızının dəstəyi və gələcək planları barədə danışıb.

- Bu, ana olduqdan sonra ilk medalınızdır. Nə hiss edirsiniz?

- Bəli, bu, ana olduqdan sonra belə mötəbər yarışda qazandığım ilk medaldır. Əlbəttə, keçdiyim yol və gördüyüm işlərlə bağlı böyük qürur hissi keçirirəm. Yenidən dünya reytinqində ön sıralardayam. Dünya Oyunlarındakı çıxışıma görə sevinməmək mümkün deyil. Bütün bunlar göstərir ki, işimə necə peşəkar yanaşıram və necə böyük ambisiyalarım var.

- Dünya Oyunlarında ən yaddaqalan döyüşünüz hansı oldu?

- Bu yarışda asan döyüş yox idi, çünki bütün rəqiblər karate üzrə dünya elitasına daxildir. Ümumiyyətlə, bu yarışa düşmək üçün xüsusi lisenziya qazanmaq lazım idi. Hər çəki dərəcəsində dünyanın ən yaxşı səkkiz idmançısı iştirak edirdi.

Ən çox yadda qalan iki döyüşüm oldu - indoneziyalı rəqibimlə qarşılaşma, onu 10:0 hesabı ilə məğlub etdim, həmçinin yarımfinalda yaponiyalı karateçi ilə döyüş, hansı ki, vaxtından əvvəl 11:3 hesabı ilə başa çatdı. Yeri gəlmişkən, həmin indoneziyalı idmançı ilə 2023-cü il dünya çempionatında da qarşılaşmışdım – onda 5:5 hesabı ilə qalib gəlmişdim, indi isə 10:0. Bu, həqiqətən də motivasiya verir. Demək ki, düzgün yoldayam.

Finaldakı məğlubiyyətə gəlincə, sonradan döyüşü təkrar izlədim və formamın əla olduğunu bir daha gördüm. Sadəcə bəzi taktiki səhvlər etdik ki, onların da aradan qaldırılması çox asandır.

- Dünya Oyunlarındakı uğurdan sonra sosial şəbəkələrdə qızınızla çox duyğulu fotolar paylaşdınız. İlk dəfə sizi yarışlarda izləyirdi?

- Bu, qızımla yollandığım ilk turnir deyil. Daha əvvəl Misir və Mərakeşdə keçirilən iki Premyer Liqa mərhələsində də mənimlə olub - onda 8 aylıq idi. Həmin yarışlar mənim üçün daha çox "isinmə" xarakteri daşıyırdı. O zaman qızım ilk dəfə canlı olaraq karate ilə tanış oldu və gördü ki, onun necə bacarıqlı (gülümsəyir) anası var.

Onun çıxışıma necə reaksiya verdiyini deyə bilmərəm, çünki tribunada həyat yoldaşımla birlikdə idi. Yəqin ki, mənə azarkeşlik edirdilər və həyəcanlanırdılar (gülümsəyir). Mən isə tam şəkildə döyüşlərə köklənmişdim.

Amma Miya hər zaman yarışlara çox emosional reaksiya verir. Biz dostlarımıza azarkeşlik edəndə o, "kiya" deyə qışqırır, zərbələr vurur. Tez-tez mənim məşqlərimdə də iştirak edir və bu idman növünü çox sevir. Onun bu sevgisi mənə çox xoşdur.

- Ana olduqdan sonra əvvəlki formaya qayıtmaq sizin üçün nə dərəcədə çətin oldu?

- Ümumiyyətlə, hamiləlik həm fiziki, həm də mənəvi baxımdan kifayət qədər çətin bir prosesdir. Məncə, bütün qadınlara bu səbəbdən xüsusi hörmət və təşəkkür düşür. Dekretdən sonra formaya qayıtmaq isə, həqiqətən, çox güc, zaman və əzm tələb etdi.

Amma həyat yoldaşım və məşqçimlə birgə çox dəqiq və peşəkar plan qurmuşduq. Gördüyünüz kimi, bu yanaşma sayəsində dünya səviyyəsində nəticə əldə edə bildim. Bu yolu keçdiyim üçün qürur hissi keçirirəm.

Bu arada, bərpa yolunda mənə daim dəstək olan məşqçim və müəllimim Yaşar Bəşirova ayrıca təşəkkür etmək istəyirəm. O, həmişə mənə inanıb və hər addımda yanımda olub. Təəssüf ki, Dünya Oyunlarında iştirak edə bilmədi. Onun Dünya Karate Federasiyasındakı nüfuzu yüksəkdir və bəlkə də orada olması çıxışım zamanı mənə əlavə inam verərdi.

Təbii ki, federasiya prezidenti Ülvü Quliyevə də təşəkkür edirəm - mənim peşəkarlığıma güvənir və daim dəstək göstərir.

- Gələcək planlarınız nələrdir?

- Qarşıda noyabrın sonunda keçiriləcək dünya çempionatına hazırlıq var. Həmçinin MDB Oyunları və İslam Həmrəyliyi Oyunlarında da iştirak planlaşdırılır. Yəni planlar çoxdur və hamısında kifayət qədər iddialıyam.

Teymur Tuşiyev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri