Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

İş saatı dəyişir, tıxacdan canımız qurtaracaqmı?

İş saatı dəyişir, tıxacdan canımız qurtaracaqmı?

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Dövlət qurumlarında iş rejiminin üç fərqli saat üzrə təşkil edilməsinə başlanılır: 08:00-17:00, 09:00-18:00 və 09:30-18:30. Bu dəyişikliklə əsas məqsədlərdən biri nəqliyyat sıxlığını azaltmaqdır.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Bakupost”a bildirib ki, dəyişkən iş qrafiki ilə bağlı məsələ dövlət proqramında öz əksini tapıb və bunun müəyyən qədər təsirləri olacaq. Onun sözlərinə görə, tıxacla mübarizədə iş və dərs saatlarının dəyişdirilməsi tətbiq olunan üsullardan biridir.

Ekspert qeyd edib ki, bununla bağlı ümumilikdə ciddi təhlillər aparılmalıdır. Nə qədər dövlət və özəl müəssisənin olduğu, həmin müəssisələrdə işçi axınının nə qədər təşkil etdiyi, nazirliklərdə və digər qurumlarda çalışan bütün işçilərin işə gəlməsinin zəruri olub-olmaması, onların kənardan, yəni evdən işləyib-işləyə bilməsi və iş saatlarının dəyişdirilməsinin hansı effekti verə biləcəyi araşdırılmalıdır.

E.Muradlı hesab edir ki, kabinetdə oturub qərar verməklə məsələ həll oluna bilməz. Məsələn, SOCAR-ın işçilərinin bir hissəsinin saat 09:00-da, digər hissəsinin 08:00-da, başqa hissəsinin isə 08:30-da işə gəlməsi və axşam saatlarında da yarım saat fərqlə 17:00, 17:30 və 18:00-da işdən çıxması kimi qərarların əks təsirləri də ola bilər. Buna görə də əvvəlcə ciddi təhlil aparılmalı, məsələn, SOCAR-ın hansı idarəsindən başlamağın daha məqsədəuyğun olduğu müəyyənləşdirilməlidir.

Ekspert bildirib ki, digər idarə, təşkilat və müəssisələrdə çalışan insanların bir hissəsinin ictimai nəqliyyatla daşınmasının effektiv olub-olmayacağı da araşdırılmalıdır. Məsələn, avtobusların konkret bir məntəqədən, hansısa metro çıxışından işçiləri götürüb işə aparması, axşam isə yenidən həmin nöqtəyə gətirməsi mümkündürmü? Bu avtobuslar və mikroavtobuslar işçiləri daşıyarkən avtobus zolağına daxil ola bilərmi? Muradlının sözlərinə görə, burada nəzərə alınmalı çoxlu vacib məsələlər var və problemin yalnız bir qərarla həll edilməsi mümkün deyil.

Dərs saatlarının dəyişdirilməsinə gəlincə, ekspert bunun da müəyyən hallarda nəzərə alınmalı olduğunu deyib. Onun sözlərinə görə, xüsusilə şəhərin mərkəzində yerləşən məktəblər nəzərə alınmalıdır. Məsələn, Xəzər rayonunda hansısa məktəbin dərs saatını dəyişdirməyin tıxac baxımından ciddi mənası yoxdur.

E.Muradlı Elm və Təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikrə də toxunub. O bildirib ki, bəzi insanlar bu fikirləri lağlağı obyektinə çevirirlər. Ekspertin sözlərinə görə, nazirin yanaşması belədir: kimsə çayın əks tərəfində ev tikirsə, dövlət məcbur qalıb onun üçün körpü çəkməməli, həmin şəxsi evini çayın bu tərəfində tikməyə yönləndirməlidir.

Ekspert hesab edir ki, dərs məsələsində də yanaşma buna bənzəyir. İnsan Xırdalanda yaşayıb Bayıldakı Landau məktəbinə uşağını qoyur ki, yaxşı təhsil alsın və ya "Xalqlar Dostluğu"ndan "İçərişəhər" metrosuna uşaq gətirir. Burada Elm və Təhsil Nazirliyinə sual vermək lazımdır: məktəblərdə təhsilin keyfiyyəti eynidirmi?

E.Muradlının sözlərinə görə, nazirlik bunun eyni olduğunu deyə bilər. Müəllimlərin sertifikasiyadan keçirilməsi və digər tədbirlər nəticəsində müəllimlərin bilik səviyyəsinin yüksəldiyi bildirilir. Lakin praktika göstərir ki, bütün təhsil müəssisələrində təhsilin səviyyəsi və nizam-intizam eyni deyil. Buna görə də valideynlər daha yaxşı məktəblərə üstünlük verməyə məcbur qalırlar.

İş yerlərinə gəlincə, ekspert bildirib ki, bütün şirkət rəhbərlərinə və idarə-müəssisə rəhbərlərinə onlayn iş rejimi təklif olunsa, onlar bunu müsbət qarşılayacaqlarını deyə bilərlər. Lakin qərarın icrası zamanı “sənəddə yazılıb, amma sən yenə də işdə olmalısan” yanaşması ortaya çıxa bilər.

Onun sözlərinə görə, bu halda rəhbərin tapşırığı qanundan üstün tutulur. Hansısa nazir, komitə sədri və ya müəssisə rəhbəri özünü daha üstün hesab edərək işçinin sənəddə nəzərdə tutulan rejimə deyil, onun tələb etdiyi rejimə uyğun işləməsini istəyə bilər. Burada əsas məsələ isə buna kimin və necə nəzarət edəcəyidir.

Ekspert qeyd edib ki, həmin müəssisənin işçilərinin həqiqətən işə gəlməyib onlayn işləyib-işləmədiyinə və ya işə 08:00-da deyil, 08:30-da gəlib-gəlmədiyinə nəzarət mexanizmi olmalıdır. İşçinin qeydiyyatdan keçdiyi saata baxmaq mümkündürmü? Əmək Müfəttişliyi Xidməti bu qaydalara əməl olunmasına nə.dərəcədə nəzarət edə biləcək? Bu kimi suallar ortaya çıxır.

E.Muradlı bildirib ki, bəzi hallarda qurumlar nəzarət etmək istəyən müfəttişə “mənim işçimin nə vaxt gəlib-getməsinin sənə nə aidiyyəti var?” yanaşması göstərə bilər.

Ekspert hesab edir ki, Azərbaycan reallığında bəzən qərarlar kağız üzərində qalır, bəzi məmurların hökmü isə həmin qərarlardan üstün tutulur. Özəl müəssisələrdə də oxşar vəziyyət yarana bilər. Şirkət rəhbəri işçiyə maaş verdiyini və onun işə gəlməli olduğunu deyə bilər. İş saatlarının dəyişdirilməsinin şirkət üçün itki yaratdığını düşünən rəhbər isə dövlətin bu itkini kompensasiya etməli olduğunu söyləyə bilər.

E.Muradlının fikrincə, bütün bunların kökündə daha ciddi bir addım dayanır: bölgələrin inkişaf etdirilməsi. O hesab edir ki, hazırda tıxacla mübarizə üçün atılan bu addımlar uzunmüddətli perspektiv üçün nəzərdə tutulmayıb. Onun fikrincə, 5 ildən sonra da, 10 ildən sonra da eyni vəziyyət yarana bilər.

Ekspert bildirib ki, bölgələr inkişaf etməlidir. Kəndlər və rayonlar boşalıb, orada əsasən yaşlı insanlar yaşayır. Gənclər isə iş üçün Bakıya gəlirlər. Muradlının sözlərinə görə, Bakıda iş yerlərinin olması normaldır, lakin bölgələrdə işçilərə daha yüksək maaş vermək, kommunal xərcləri daha aşağı səviyyədə saxlamaq və təsərrüfatın inkişafına daha böyük dəstək göstərmək mümkündür.

Onun sözlərinə görə, insanlar Bakıda kirayə, qaz və işıq xərclərinin yüksək olduğunu nəzərə alaraq, Şirvanda, Beyləqanda və ya İsmayıllıda yaşamağın onlar üçün daha sərfəli olduğunu görməlidirlər. Bunun üçün bölgələrdə həm iş yerləri açılmalı, həm də insanları orada qalmağa cəlb edən digər imkanlar yaradılmalıdır.

Ekspert qeyd edib ki, hazırda bölgələrdə insanları cəlb edən kifayət qədər imkan yoxdur. Əyləncə mərkəzləri, istirahət məkanları və böyük mağazaların əksəriyyəti Bakıda yerləşir. Buna görə də insanlar Bakıya axın edir. Məsələn, Yeni il gecəsi atəşfəşanlığı izləmək üçün bölgələrdən insanlar Bakıya, xüsusilə bulvar və "Neftçilər" prospektinə gəlirlər və nəticədə həmin ərazi iflic olur.

E.Muradlının fikrincə, bölgələrdə də bu cür imkanlar yaradılmalı və həmin ərazilər inkişaf etdirilməlidir. İnsan normal işlə təmin olunmalı, normal qazancı olmalı, nəqliyyat və logistika sistemi də bölgələrdə inkişaf etməlidir.

Ekspert bildirib ki, nəqliyyat sahəsində də diqqət əsasən Bakıya yönəlib. Bakıya yeni avtobus və mikroavtobuslar gətirilir, metro sistemi inkişaf etdirilir, lakin bölgələrdə vəziyyət fərqlidir. Bakıda istifadə olunan köhnə avtobuslar bölgələrə göndərilir.

E.Muradlı hesab edir ki, daim Bakıya diqqətin artırılması insanların da bölgələrdə qalmaq istəməməsinə səbəb olur. İnsanlar iş yerləri azaldıqda və problemlər yarandıqda əmlakını və təsərrüfatını sataraq Bakıya gəlirlər.

Onun sözlərinə görə, bu vəziyyətdə iş və dərs saatlarının dəyişdirilməsi əsas problemi həll etməyəcək. Dövlət tərəfindən daha ciddi, əsaslı və insanları bölgələrdə yaşamağa cəlb edən addımlar atılmalıdır.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see367

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see275

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see233

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see217

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see196

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see196

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see194

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see193

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see189

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see188

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see183

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see183

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see182

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see173

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see168

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see163

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see162

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see161

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see161

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

14 Sentyabr 2026 20:59see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri