Icma.az
close
up
RU
İşbazların GƏLİR MƏNBƏYİ Əzələ şişirdən dərmanları gizli SATIRLAR?

İşbazların GƏLİR MƏNBƏYİ Əzələ şişirdən dərmanları gizli SATIRLAR?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Son illər dəbə düşən, amma çoxlarının səhhətində fəsadlara səbəb olan məsələlərdən biri də əzələ şişirtmələridir. Özəlliklə yeniyetmə və gənc oğlanların həvəs göstərdiyi “muskul şişirtmə” istəyi bəzi işbazlar üçün gəlir mənbəyinə çevrilib.
Artlq sosial şəbəkələrdən əzələ şişirdən, bədən gücləndirən preparatların, həblərin, steroidlərin satışı üçün geniş istifadə olunur. İşbazlar həmin dərmanların satışını gizli şəkildə həyata keçirir, onları öz kuryer xidməti ilə ünvana çatdırırlar.
Bəs, bu dərmanları həkim tövsiyəsi olmadan qəbul etmək hansı fəsadlara yol açır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-terapevt Günay Lətifova deyir ki, əzələ şişirtmə ilə bağlı dərmanları əsasən, aktiv idmanla məşğul olan şəxslər istifadə etməlidir:
“Çünki onların orqanizmi ağır yükə məruz qalır. Bunun üçün də həmin şəxslərə idman əlavələri dediyimiz məhsullar verilir. Bunlar əsasən, protein karbohidratlar, amin turşuları, vitaminlər və minerallardır. Amma bu əlavələr təbii ki, həkim, məşqçi nəzarəti altında qəbul edilir. Eyni zamanda həmin preparatlar insanların çəkisinə uyğun, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada olmalıdır. Bu, ağır yükə məruz qalan əzələ özünü daha tez bərpa etsin deyə köməkçi vasitədir. Onlar dəri altında piyin toplanmasının qarşısını alır. Eyni zamanda əzələyə forma verir”.
Həkim deyir, təəssüf ki, sosial şəbəkələrdə bu preparatların ucuz, keyfiyyətsiz çeşidləri ilə insanlar aldadılır:
“Sosial şəbəkələrdə kifayət qədər aldadıcı, ucuz  əlavələr reklam olunur. Ən pisi də odur ki, insanlar bunu satanlara kor-koranə inanırlar. Ucuz məhsul almaqla yanaşı, həm də həkim və məşqçi tövsiyəsi olmadan bundan istifadə edirlər. Bu da təbii ki, ciddi fəsadlara gətirib çıxarır. Gənc oğlanlarda cinsi zəifliyə, böyrək daşlarının yaranmasına səbəb olur. Orqanizmdə disfunksiya yaranır.
Fiziki aktivliyə azacıq fasilə verən kimi əzələ əvvəlkindən daha betər şəklə düşür. Buna görə də, gənclər əgər idman əlavələri dediyimiz məhsulları qəbul edəcəklərsə, mütləq şəkildə həkimin göstərişi, eləcə də, məşqçi ilə məsləhətləşmiş halda qəbul etməlidirlər. Həm də onun uyğun dozada olmasına xüsusi diqqət edilməlidir. Əks halda onalrın səhhətində ciddi problemlər yaranacaq”.
Günay Lətifova onu da bildirib ki, aktiv idmanla məşğul olmayanların bu preparatlardan uzaq durmaları tövsiyə edilir:
“Əgər peşəkar idmanla məşğul deyillərsə, bu preparatsız ötüşə bilərlər. Onlar müəyyən məşqlərlə istədikləri bədən ölçülərinə zamanla nail ola biləcəklər.
Bizim insanlarımız sosial şəbəkədə görülən hər şeyə tez inanırlar. Halbuki orada reklam olunan hər məhsul keyfiyyətli olmur. Özəlliklə tibbi mövzularda, dərman preparatları ilə bağlı insanlar daha gözüaçıq olmalıdırlar. Axtarmaqda, dəqiqləşdirməkdə yorulmamalıdırlar. Təqdim olunan məhsulun saxta, yaxud  keyfiyyətli olduğuna əmin olmağa  çalışmalıdırlar”.
Rəna Cumaqızı, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri