İşçi iş vaxtında başqa şirkət üçün işləyə bilərmi?
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Müasir dövrdə bir çox insanlar gəlirlərini artırmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədilə əsas iş yeri ilə yanaşı əlavə iş yerlərində də çalışmağa üstünlük verirlər. Bəs qanunvericilik buna necə yanaşır? İşçi neçə yerdə işləyə bilər və əsas iş yeri onun əlavə iş fəaliyyətinə müdaxilə edə bilərmi?
“HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bu mövzuda Banco.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, qanunvericilik işçiyə əsas iş vaxtından sonra əlavə iş yerində çalışmağa icazə verir:
"Əlavə iş yerlərinin sayı ilə bağlı da hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Yəni şəxs eyni vaxtda bir neçə iş yerində işləyə bilər.
Lakin bəzi istisnalar mövcuddur. Məsələn, əsas iş yeri ağır və ya zərərli əmək şəraitinə malikdirsə, əlavə iş yeri də eyni dərəcədə ağır və ya zərərli ola bilməz.
Əsas iş vaxtından kənar saatlarda işçi əlavə iş yerində tam sərbəst şəkildə işləyə bilər. Bu səbəbdən əsas iş yeri işçini işdən çıxara, ona töhmət verə və ya başqa hər hansı intizam tədbiri tətbiq edə bilməz".
İ. Mirzəzadənin sözlərinə görə, əsas iş yerinin etiraz edə biləcəyi yeganə hal əlavə iş yerinin iş saatlarının əsas iş yerinin iş saatları ilə üst-üstə düşməsidir: "Bu halda işəgötürən buna icazə verməyə bilər. Lakin digər bütün hallarda əsas iş yeri işçinin əlavə iş fəaliyyəti ilə bağlı hər hansı müdaxilə etmək hüququna malik deyil".
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 24 İyun 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















