Icma.az
close
up
RU
İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? (ŞƏRH)

İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Düşünürəm ki, sertifikasiya imtahanlarının əsas məqsədi orta təhsil müəssisələrində müəllim sıxlığının azaldılması, həmçinin orta məktəblərdə ixtisasına daha yaxşı bələd olan şəxslərin qalması məqsədi daşıyır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri elm və təhsil naziri Emin Əmrullayevin "işdən çıxarılan müəllimlərin dərs yükü digərləri arasında bölüşdürüləcək" fikirinə münasibətində deyib. 

Ekspert imtahandan kəsildiyinə görə işdən azad olunan müəllimlərin yerinə əlavə kadr götürməyin əlehinə olduğunu bildirib:

"Buna ehtiyac yoxdur. Qərar hardasa bir məktəbdə 70 müəllim varsa, bu onun hardasa 5-6-na tətbiq edilir. Belə olan təqdirdə onların yerinə əlavə müəllim götürmək mənasızdır. Çünki bu gün orta məktəblərdə dərs saatı böyük problemə çevrilib. Məsələn, 10 müəllim arasında az dərs saatı bölüşdürülməkdənsə, həmin dərs saatlarının çox güclü müəllimlər arasında bölüşdürülməsi daha yaxşı olar. Burada həm müəllimlər qazanar, həm də uşaqlar savad sahibi olar. Dərs saatı əlavə pul, keyfiyyətli müəllim də keyfiyyətli tədris deməkdir. Bu yaxşıdır".


Elmin Nuri sertifikasiya imtahanlarında bəzi problemlərin olduğunu vurğulayıb:

"Düzdür, sertifikatlaşdırma ilə bir çox mənfi hallar var. Onun təşkilində, texniki prosedurlarda və s. Bu gün də bəzi şaiyələr gəzir, amma imtahandan keçə bilməyən müəllim kimi işləyə bilməz. Bu şagird və müəllimlərin faydası istiqamətində gözəl addımdır. Deyə bilərsiniz ki, işdən çıxarılan müəllimlər də bizim vətəndaşlarımızdır. Onlar da evlərinə çörəkpulu aparmalıdır. Bununla mən də razıyam. Amma gəlin reallığa baxaq. Məktəb bu qədər müəllimə ehtiyac duyur? Əmək haqqı yüksək olan yerdə müəllim işinə daha keyfiyyətli yanaşacaq. Elə müəllim var ki, onun cəmi 6 saat dərsi var. 6 saatla insan necə dolanar? Bölgələrdə müəllimlər 240 manat əmək haqqı alır. Tanıdığım müəllim var ki, 180 manat əmək haqqı alır. Bu qədər əmək haqqı almaqdansa evdə oturmaq daha məqsədlidir".

Elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında bildirib ki, işdən çıxarılan müəllimlərin dərs yükü digərləri arasında bölüşdürüləcək. Nazir əlavə edib ki, təxminən 56 mindən artıq müəllimin əməkhaqqısı artırılacaq:

"İşdən azad edilmiş müəllimlərin yerinə yeni müəllimlər təyin edilmir, çünki həmin məktəblərdə müəllim sıxlığı mövcuddur. Hər bir müəllim bilməlidir ki, əgər məktəbdə, məsələn, 28 müəllim varsa, bu halda əməkhaqqı yüksək olmayacaq. Dərs yükü daha yüksək bal toplamış müəllimlər arasında ədalətli şəkildə bölüşdürülməlidir".

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri