İSFnin 2025ci il büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 700 000,0 manat məbləğində proqnozlaşdırılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:
- İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri - 206 400 000,0 manat;
- İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən - 54 300 000,0 manat.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Baxış sayı:135
Bu xəbər 27 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















