Icma.az
close
up
RU
“İşğal dövründə Ermənistan Qubadlıda da qanunsuz məskunlaşma siyasəti aparırdı” DEPUTAT

“İşğal dövründə Ermənistan Qubadlıda da qanunsuz məskunlaşma siyasəti aparırdı” DEPUTAT

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

25 oktyabr Qubadlının azad olunduğu gündür. 44 günlük Vətən müharibəsində ən önəmli döyüşlərdən biri də Qubadlı uğrunda gedən döyüşlər idi. Qubadlı əməliyyatı da xüsusi peşəkarlıq, fədakarlıq tələb edirdi və ordumuzun xeyli sayda strateji yüksəkliyi nəzarətə götürməsi ilə məsələ həllini tapdı. 27 ildən sonra Azərbaycan işğala son qoydu. Noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.

Qubadlı azad olunandan sonra Azərbaycan Ordusunun Laçın istiqamətində yolu açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də azad edildi. Laçın dəhlizinin nəzarətə götürülməsi ilə müharibənin taleyi həll edildi. Ordumuzun Zəfər yürüşü Şuşaya doğru irəliləyirdi.

Məlum olduğu kimi, Qubadlı birinci Qarabağ müharibəsi zamanı – 1993-cü il avqustun 31-də işğal olunmuşdu. İşğal dövründə Ermənistan Qubadlıda da qanunsuz məskunlaşma siyasəti aparırdı, hətta Qubadlıda erməni lobbisinin ianəsi hesabına qanunsuz məskunlaşma üçün qəsəbə də salınmışdı. 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində bu qanunsuz cinayətlərə də son qoyuldu.

Eyni zamanda, 27 oktyabr 2021-ci il tarixində Qubadlı ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı ki, bu da işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizədə mühüm əhəmiyyətə malikdir.
Son 5 ildir Qubadlının yeni inkişaf tarixi başlanıb. Burada keçmiş məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə müasir standartlara uyğun infrastruktur yaradılır. Prezident İlham Əliyevin Qubadlıya səfərləri zamanı yeni sosial obyektlərin, o cümlədən yeni yaşayış məntəqələrinin təməli qoyulur. Mahruzlu və Zilanlı kəndləri də yenidən qurulur. Hər iki kənddə ümumilikdə 4 minə yaxın insan məskunlaşacaq.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı–Eyvazlı avtomobil yolunun da inşası davam edir. “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Prezident Sərəncamına əsasən, yol infrastrukturu müasir standartlara uyğun qurulur.

Şəhərin baş planı ən müasir normalar əsasında hazırlanıb və burada Qubadlının təbiəti, tarixi keçmişi də memarlıqda nəzərə alınıb. Ümumilikdə burada reallaşan infrastruktur layihələri Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını əhatə edir. Əsas məqsəd öz doğma yurduna qayıdacaq soydaşlarımızın rahat, təhlükəsiz yaşayışını təmin etməkdir.

Nigar Məmmədova

Milli Məclisin deputatı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri