Icma.az
close
up
RU
İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təbii ki, biz keçmişin acı, qanlı xatirələrini heç vaxt unuda bilmərik. Cənab Prezident də öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz işğal dövrünü heç vaxt unutmayacağıq”.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işğal dövrünün acı nəticələrindən biri də məhz itkin düşmüş şəxslər məsələsidir:
“Belə ki, bu günə qədər 4000-ə yaxın vətəndaşımızın taleyi barəsində hələ də heç bir məlumat yoxdur. Onların əksəriyyətini məhz mülki şəxslər təşkil edir. Təəssüflər olsun ki, 30 il ərzində Azərbaycan Respublikasının ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsi üçün əlavə imkanlar yaradılmış və mandatının da əsasını məhz humanitar məsələlər təşkil etmiş Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən çoxsaylı məlumatlar toplanılsa da, onlar işlərini axıra qədər başa çatdırmamışlar, onların üzərinə düşən mandat sona qədər yerinə yetirilməyib. Bu məsələ bu günə qədər açıq qalmaqda davam edir”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı Ermənistana müxtəlif kanallarla müraciət edib:
“Hətta sonuncu dəfə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycanda olarkən onlara da müraciət etdik ki, müxtəlif hal şahidlərinin ifadələri, onların məlumatları əsasında Azərbaycan tərəfinə məlumat versinlər. Çünki ailələr hələ də öz yaxınları barədə məlumat gözləyirlər.
Bununla belə, cənab Prezidentin yaratdığı şərait, verdiyi tapşırıqlara uyğun olaraq, Azərbaycan Respublikasının müvafiq Dövlət Komissiyası tərəfindən aparılmış axtarışlar nəticəsində bir sıra vətəndaşlarımızın qalıqları tapılıb və onların kimliyi müəyyən edilib. Amma hələ də qarşımızda böyük iş durur.
Yenə də qeyd etmək istərdim ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bu işlər 30 il ərzində həyata keçirilməli olduğu təqdirdə, onlar bu işləri görməyiblər. Ən azından onların gördüyü işləri biz qənaətbəxş hesab etmirik. Belə ki, xalqımızın və vətəndaşlarımızın bu məsələdə haqlı gözləntiləri olub”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 May 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri