Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR 4,9 milyon manat ayrıldı
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırılması, hərəkət rahatlığının artırılması və sürücülər üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əsaslı təmir işləri həyata keçiriləcək.
BAKU.WS-in məlumatına görə, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhər yollarının əsaslı təmiri üçün 4 milyon 904 min 710,12 manat vəsait nəzərdə tutulub.
İşlər çərçivəsində Turqut Özal, Zaur Eminbəyli, Üzeyir Hacıbəyli və digər küçələrin təmir olunması nəzərdə tutulub.
Qeyd edək ki, şəhər yollarının əsaslı təmiri nəqliyyatın hərəkətinin yaxşılaşdırılması ilə yanaşı, sürücülərin və piyadaların təhlükəsizliyi baxımından da əhəmiyyət daşıyacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 28 Oktyabr 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















