Icma.az
close
up
RU
İşğalçı ordunun 23 fevralı: Onu “Əsl Kişilər Günü” kimi qeyd edən restoran və müğənnilər varmış

İşğalçı ordunun 23 fevralı: Onu “Əsl Kişilər Günü” kimi qeyd edən restoran və müğənnilər varmış

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtda yerləşən restoranların birində 23 fevral tarixində təşkil olunacaq konsert proqramı və ona verilən ad sosial şəbəkələrdə narazılıqla qarşılanıb. 

“Cebheinfo.az” xəbər verir ki, restoran 23 fevral tarixində təşkil edəcəyi konsertə “Əsl Kişilər Günü” adını verib. Konsertdə müğənnilər Ayan Babakişiyeva, Nura Suri, Amina Şirin, Mina çıxış edəcəklər. 

Sosial media izləyiciləri isə 23 fevral tarixinin afişada qeyd edildiyi kimi, “Əsl Kişilər Günü” kimi qeyd olunmasını narazılıqla qarşılayıblar. 

Bunu isə 23 fevralın tarixi ilə əlaqələndiriblər. 

23 fevralın yaranma tarixinə qısa nəzər salaq.

SSRİ-də 23 fevral tarixi Sovet ordusu və hərbi dəniz donanmasının yarandığı günün tarixi olub. yaranma günü kimi qeyd olunurdu.  Kişilər gününün yaranmasında başlanğıc nöqtə isə 1918-ci ilin bu günündə SSRİ Xalq Komissarları Sovetinin “Sosialist vətəni təhlükədədir” çağırışı ilə yaydığı çağırış idi.  

SSRİ-də 1922-ci ildə rəsmən dövlət bayramı elan olunan 23 fevral həmişə iş günü kimi qeyd olunub. Yalnız 2002-ci ildə Rusiya Dövlət Duması bu günü istirahət günü elan edib.

Sovet İttifaqının dağılmasından sonra 23 fevral 1993-cü ildə Vətən Müdafiəçiləri Gününə çevrilib. Azərbaycanda isə “Kişilər Günü” kimi 26 iyun - Silahlı Qüvvələr Günü qeyd edirlər. Çünki bu tarix Azərbaycan Ordusunun yarandığı gündür. 

Bunlarla yanaşı, noyabr ayının 19-da Beynəlxalq Kişilər Günü də qeyd olunur.

Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. 

Restoranın afişasına etiraz edən insanların çoxu isə 3000-dən çox şəhid verdiyimiz 44 günlük Vətən müharibəsinin sonu olan 8 noyabrı “Əsl Kişilər Günü” hesab etdiklərini bildiriblər. 8 noyabr Azərbaycanda Zəfər Günü kimi rəsmi qeyd olunur və əsasən Vətən müharibəsində qazanılan qələbəyə, şəhidlərə və qazilərə həsr edilir. Bu tarix Azərbaycan kişisinin qəhrəmanlığını və igidliyini simvolizə edir.

Belə olan halda Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən, 20 Yanvar faciəsi və Xocalı soyqırımını törədən bir ordunun yaranma günü Azərbaycanda niyə “Əsl Kişilər Günü” kimi qeyd olunsun?

 Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Fevral 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri