Icma.az
close
up
RU
İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bu gün tarixi Zəfərimizin və suverenliyimizin tam bərpa edilməsinin reallıqlarını yaşayırıq. Tarixi Zəfərimizin əbədiləşdirilməsi əsas çağırışlar sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqətdədir.  Azərbaycanın şanlı tarixi salnaməsində elə qürur dolu səhifələr var ki, onların hər biri xalqımızın iradəsini, əzmkarlığını və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əbədi mahiyyətini əks etdirir. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbədən sonra, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən birgünlük uğurlu antiterror əməliyyatı ölkəmizin suverenliyini tam bərpa etdi. Həmin günlərdə azad edilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri bu gün artıq ikinci idir ki, rəsmi olaraq qürurla qeyd edilir.

Tarixi ədalətin bərpa olunduğu həmin unudulmaz sentyabr günlərindən ötən qısa müddət ərzində işğaldan azad edilmiş bu qədim Azərbaycan torpaqlarında misli görünməmiş quruculuq işlərinə başlanıldı. Ağdərə rayonunun yenidən yaradılması da məhz bu ərazi-inzibati islahatların və dövlət idarəçiliyinin gücləndirilməsinin bariz nümunəsidir.

Bu gün həmin ərazilər sürətlə məskunlaşdırılır, doğma yurdlarına qayıdan soydaşlarımız üçün hərtərəfli müasir infrastrukturlar yaradılır. Rəsmi statistikaya görə, cari ilin avqust ayının 17-nə qədər yalnız Xankəndi şəhərində 76 ailə (332 nəfər), Kərkicahan qəsəbəsində isə 43 ailə (174 nəfər) olmaqla ümumilikdə 119 ailə, 506 nəfər daimi yaşayışa başlayıb. Xankəndi şəhərinə azərbaycanlı əhalinin qayıdışı ayrıca qeyd olunası faktdır – təkcə ona görə yox ki, bu şəhərdə erməni işğalından əvvəl də azərbaycanlılar yaşayıblar, həm də ona görə ki, bu tarixi şəhər Qarabağın mərkəzi hesab olunur və bütün işğal dövründə erməni separatizmi buranı özünün hərbi-siyasi istinad nöqtəsinə çevirmişdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan heç vaxt əldə olunanlarla kifayətlənmir, əksinə, yeni hədəflərə doğru inamla irəliləyir. Əsas məqsəd azad edilmiş ərazilərin tam bərpası, dayanıqlı məskunlaşmanın təmin edilməsi və soydaşlarımızın doğma yurdlarına qürurla, təhlükəsiz şəkildə qayıdışıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, bu gün biz Azərbaycan xalqının əyilməz iradəsini və milli birliyini Qarabağa və Şərqi Zəngəzura dönən insanların timsalında görürük. Onlar illərlə doğma yurd həsrəti ilə yaşasalar da, indi o torpaqlarına sahib çıxaraq həyatlarını yenidən qururlar. Heç vaxt o torpaqlarda yaşamamış gənc nəsil belə, bu gün ata-baba yurduna qayıtmaq sevincini yaşayır. Bu reallıqlar Azərbaycanın bərpa prosesinə necə sistemli və uzaqgörən yanaşdığını bir daha göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, salınan hər bir yeni məskən xalqımızın həmrəyliyinin və sarsılmaz inamının ifadəsidir. Məhz bu baxımdan dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri, sakinlərlə görüşləri həm mənəvi, həm də siyasi baxımdan xüsusi önəm daşıyır.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi parad keçirildi. Xalqımız üçün qürurverici hadisə olan bu hərbi paradda çıxış edən Prezident İlham Əliyev demişdi: “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.”

Ölkə başçısının 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilməyə başlanıldı və bu il bu əlamətdar günlər ikinci dəfə geniş şəkildə qeyd ediləcəkdir. Fəxr etməyə dəyər. Artıq xalqımız torpaqlarımızın azad edildikləri tarixləri qeyd edəcəkdir.

Müşfiq Səfərov                               

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Sentyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri