Icma.az
close
up
RU
İSGƏNDƏR XƏLİLOVUN OĞLU PUTİNƏ.... “SIĞINDI” Milyarderin “quyruğu qapı arasında qalanda”...

İSGƏNDƏR XƏLİLOVUN OĞLU PUTİNƏ.... “SIĞINDI” Milyarderin “quyruğu qapı arasında qalanda”...

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan cəmiyyətinin böyük hissəsi Rusiyada yaşayan varlı erməni iş adamlarını, milyarderləri öz “tarixi vətənlərinə” xəyanətdə ittiham edərək bildirir ki, onlar Ermənistan hakimiyyətinə və xalqına dəstək vermək əvəzinə, “erməni kimliyini” öz maddi maraqları xatirinə Kremlə satırlar, onun sifarişini yerinə yetirirlər və sair. Bu zaman Rusiyadakı Azərbaycan diasporunu, azərbaycanlı milyarderləri həsədlə misal göstərərək, onların fərqli davrandığını, guya ilk növbədə Azərbaycanın maraqlarından çıxış etdiklərini iddia edirlər. Lakin bunun heç də hər zaman həqiqəti əks etdirmədiyi hələ Kremlin sifarişi ilə “milyarderlər ittifaqı” yarananda bəlli idi...

İndi isə Kremlin Azərbaycana qarşı başlatdığı növbəti təzyiq və təhdid kampaniyası həmin azərbaycanlı soyadını daşıyan varlılar üçün bir növ sınaq imtahanına çevrilib ki, bu sınaqdan da onların bəzilərinin ləyaqətlə, şərəflə - “alnı açıq” çıxa bilməyəcəyi indidən görünür...

Bunun ilk nümunəsi artıq göz önündədir. Rusiyada yaşayan və arada bir tarixi vətəni Azərbaycana baş çəkən milyarder İsgəndər Xəlilovun Rəhman adlı oğlu Moskva ilə Bakı arasındakı məlum gərginlik fonunda öz “İnstagram” səhifəsində Vladimir Putinin şəklini və ona aid bir fikri paylaşıb. Əvvəlcə xatırladaq ki, anti-Azərbaycan kampaniyası çərçivəsində bir neçə gün əvvəl Rusiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanları R.Xəlilovun adına olan və əsasən neft daşımaları həyata keçirən “Railgo” şirkətinin ofisinə basqın edib, orada axtarışlar aparıb. Bu barədə Rusiya kanalları məlumat və fotolar paylaşıb. Lakin R.Xəlilov hamının gözü qarşısında baş verənləri təkzib edərək, belə bir şeyin olmadığı barədə açıqlama yaydı. Həmin vaxt müxtəlif mənbələr İsgəndər Xəlilovun Rusiya rəhbərliyində kimlərləsə anlaşıb dil tapmağa, məsələni həll etməyə çalışdığını bildirdilər.

Görünür, bu proses indi də davam etdiyi üçün milyarderin oğlu Kremlə “sonsuz sədaqətini” nümayiş etdirmək üçün Putinin şəklini qoyub, ondan sitat gətirmək qərarına gəlib. Sitatda isə deyilir: “Hamı bizi dişləmək, bizdən nəsə qoparmaq istəyir. Lakin bunu etmək istəyənlər bilməlidirlər ki, onların hamısının dişlərini sındırcağıq ki, dişləyə bilməsinlər”.

Əvvəlcə qeyd edək ki, tarixən, o cümlədən də Putin hakimiyyəti dövründə Rusiya özü hər zaman kimlərdənsə, nələrisə dişləməyə, qoparmağa çalışıb – Ukraynadan, Gürcüstandan, Moldovadan, Pribaltikadan, Qazaxıstandan, həmçinin də Azərbaycandan! Odur ki, Putinin bu “dahiyanə fikri” bir oğrunun öz adını başqalarına qoymasıdır...

İsgəndər Xəlilovun oğlunun məhz bu fikri paylaşmasına gəlincə, görünür R.Xəlilov öz səviyyəsinə, intellektinə, mədəniyyətinə uyğun olaraq seçdiyi bu sitatla bir növ Putinə “sığınır” (Loru dildə bəziləri buna “girir” də deyir) ki, onun və dədəsinin biznesini əlindən almasınlar. Sırf biznes baxımından kimin kimdən nə dişləmək, nəyini qoparmaq istəməsindən asılı olmayaraq, Kremlin Azərbaycana qarşı başlatdığı və xeyli vaxtdır davam edən çirkin təbliğat, təhdid və təzyiq kampaniyası fonunda İsgəndər Xəlilovun oğlunun fəxrlə Putindən bu cür sitat paylaşması çox yersiz, olduqca miskin, ucuz bir “padxalim tryuku” kimi görünür. Bunu özünə yaraşdıran birisindən əlbəttə ki, milli təəssübkeşlik, vətənpərvərlik, fədakarlıq və digər ictimai yüklü keyfiyyətlər gözləməyə dəymir. Ona görə də nə təyyarəmiz vurulanda, nə Yekaterinburqdakı məlum hadisələr baş verəndə, nə Azərbaycan diasporuna və Azərbaycana qarşı haqsız hücumlar ediləndə cınqırını çıxarmayan xəlilovların indi “quyruqları qapı arasında qalan kimi” Azərbaycanı bir tərəfə atıb Putinə yarınmasında qeyri-adi heç nə yoxdur...

Tarixi vətəninə, adını, qanını daşıdığı millətinə, nəhayət, elə öz mənliyinə hörmət edən birisi indiki həssas məqamda Azərbaycana qarşı düşmən fəaliyyətlərin başında duran, bu təbliğatı kökləyən və idarə edən şəxsdən sitat gətirməklə hansı safda durduğunu göstərir. Göstərir ki, onu bir az da sıxışdırsalar, nəinki Putinin şəklini qoyub, ondan sitat gətirər, lazım gəlsə, Zatulinin, Solovyovun, hətta Marqarita Simonyanın Azərbaycana qarşı iftiralarını, təhqir və təhdidlərini də fəxrlə paylaşar. Təki puluna, malına dəyməsinlər...

İndi beləsinin soyadından başqa Azərbaycana nə aidiyyatı ola bilər?

Ermənistan parlamentinin spikeri Alen Simonyan onunla eyni soyadı daşıyan Kreml təbliğatçısı Marqarita Simonyan haqqında demişdi ki, onun soyadından başqa Ermənistana heç bir aidiyyatı yoxdur. Doğrudan da nadürüstlərin milləti, vətəni olmur, soyadı nə olursa olsun...

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Avqust 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri