Icma.az
close
up
RU
İsgəndər Xəlilovun oğlu Putinə “sığındı”

İsgəndər Xəlilovun oğlu Putinə “sığındı”

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Ermənistan cəmiyyətinin böyük hissəsi Rusiyada yaşayan varlı erməni iş adamlarını, milyarderləri öz “tarixi vətənlərinə” xəyanətdə ittiham edərək bildirir ki, onlar Ermənistan hakimiyyətinə və xalqına dəstək vermək əvəzinə, “erməni kimliyini” öz maddi maraqları xatirinə Kremlə satırlar, onun sifarişini yerinə yetirirlər və sair. Bu zaman Rusiyadakı Azərbaycan diasporunu, azərbaycanlı milyarderləri həsədlə misal göstərərək, onların fərqli davrandığını, guya ilk növbədə Azərbaycanın maraqlarından çıxış etdiklərini iddia edirlər. Lakin bunun heç də hər zaman həqiqəti əks etdirmədiyi hələ Kremlin sifarişi ilə “milyarderlər ittifaqı” yarananda bəlli idi...

İndi isə Kremlin Azərbaycana qarşı başlatdığı növbəti təzyiq və təhdid kampaniyası həmin azərbaycanlı soyadını daşıyan varlılar üçün bir növ sınaq imtahanına çevrilib ki, bu sınaqdan da onların bəzilərinin ləyaqətlə, şərəflə - “alnı açıq” çıxa bilməyəcəyi indidən görünür...

Bunun ilk nümunəsi artıq göz önündədir. Rusiyada yaşayan və arada bir tarixi vətəni Azərbaycana baş çəkən milyarder İsgəndər Xəlilovun Rəhman adlı oğlu Moskva ilə Bakı arasındakı məlum gərginlik fonunda öz “İnstagram” səhifəsində Vladimir Putinin şəklini və ona aid bir fikri paylaşıb. Əvvəlcə xatırladaq ki, anti-Azərbaycan kampaniyası çərçivəsində bir neçə gün əvvəl Rusiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanları R.Xəlilovun adına olan və əsasən neft daşımaları həyata keçirən “Railgo” şirkətinin ofisinə basqın edib, orada axtarışlar aparıb. Bu barədə Rusiya kanalları məlumat və fotolar paylaşıb. Lakin R.Xəlilov hamının gözü qarşısında baş verənləri təkzib edərək, belə bir şeyin olmadığı barədə açıqlama yaydı. Həmin vaxt müxtəlif mənbələr İsgəndər Xəlilovun Rusiya rəhbərliyində kimlərləsə anlaşıb dil tapmağa, məsələni həll etməyə çalışdığını bildirdilər. Toyuqlu pizza

Görünür, bu proses indi də davam etdiyi üçün milyarderin oğlu Kremlə “sonsuz sədaqətini” nümayiş etdirmək üçün Putinin şəklini qoyub, ondan sitat gətirmək qərarına gəlib. Sitatda isə deyilir: “Hamı bizi dişləmək, bizdən nəsə qoparmaq istəyir. Lakin bunu etmək istəyənlər bilməlidirlər ki, onların hamısının dişlərini sındırcağıq ki, dişləyə bilməsinlər”.

Əvvəlcə qeyd edək ki, tarixən, o cümlədən də Putin hakimiyyəti dövründə Rusiya özü hər zaman kimlərdənsə, nələrisə dişləməyə, qoparmağa çalışıb – Ukraynadan, Gürcüstandan, Moldovadan, Pribaltikadan, Qazaxıstandan, həmçinin də Azərbaycandan! Odur ki, Putinin bu “dahiyanə fikri” bir oğrunun öz adını başqalarına qoymasıdır...

İsgəndər Xəlilovun oğlunun məhz bu fikri paylaşmasına gəlincə, görünür R.Xəlilov öz səviyyəsinə, intellektinə, mədəniyyətinə uyğun olaraq seçdiyi bu sitatla bir növ Putinə “sığınır” ki, onun və dədəsinin biznesini əlindən almasınlar. Sırf biznes baxımından kimin kimdən nə dişləmək, nəyini qoparmaq istəməsindən asılı olmayaraq, Kremlin Azərbaycana qarşı başlatdığı və xeyli vaxtdır davam edən çirkin təbliğat, təhdid və təzyiq kampaniyası fonunda İsgəndər Xəlilovun oğlunun fəxrlə Putindən bu cür sitat paylaşması çox yersiz, olduqca miskin, ucuz bir “padxalim tryuku” kimi görünür. Bunu özünə yaraşdıran birisindən əlbəttə ki, milli təəssübkeşlik, vətənpərvərlik, fədakarlıq və digər ictimai yüklü keyfiyyətlər gözləməyə dəymir. Ona görə də nə təyyarəmiz vurulanda, nə Yekaterinburqdakı məlum hadisələr baş verəndə, nə Azərbaycan diasporuna və Azərbaycana qarşı haqsız hücumlar ediləndə cınqırını çıxarmayan xəlilovların indi “quyruqları qapı arasında qalan kimi” Azərbaycanı bir tərəfə atıb Putinə yarınmasında qeyri-adi heç nə yoxdur...

Tarixi vətəninə, adını, qanını daşıdığı millətinə, nəhayət, elə öz mənliyinə hörmət edən birisi indiki həssas məqamda Azərbaycana qarşı düşmən fəaliyyətlərin başında duran, bu təbliğatı kökləyən və idarə edən şəxsdən sitat gətirməklə hansı safda durduğunu göstərir. Göstərir ki, onu bir az da sıxışdırsalar, nəinki Putinin şəklini qoyub, ondan sitat gətirər, lazım gəlsə, Zatulinin, Solovyovun, hətta Marqarita Simonyanın Azərbaycana qarşı iftiralarını, təhqir və təhdidlərini də fəxrlə paylaşar. Təki puluna, malına dəyməsinlər...

İndi beləsinin soyadından başqa Azərbaycana nə aidiyyatı ola bilər?

Ermənistan parlamentinin spikeri Alen Simonyan onunla eyni soyadı daşıyan Kreml təbliğatçısı Marqarita Simonyan haqqında demişdi ki, onun soyadından başqa Ermənistana heç bir aidiyyatı yoxdur. Doğrudan da nadürüstlərin milləti, vətəni olmur, soyadı nə olursa olsun...

Azpolitika.info


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Avqust 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri