Icma.az
close
up
RU
İsgəndər Xəlilovun zavodunda istehsal olunan BYD avtobusları istifadəyə verildi

İsgəndər Xəlilovun zavodunda istehsal olunan BYD avtobusları istifadəyə verildi

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Azərbaycanda rəsmi olaraq BYD-nin ilk yerli istehsal elektrik avtobusları istifadəyə verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BYD məlumat yayıb.
Bildirilir ki, BYD və tərəfdaşları 300 ədədlik sifarişin ilk 50 e-avtobusunu Azərbaycana təqdim ediblər.

Bu nəqliyyat vasitələri, yeni fəaliyyətə başlayan “Azerbaijan Energy Automotive Factory” zavodunda istehsal olunub. Yerli istehsal elektrikli BYD avtobuslarından Bakı, Qarabağ və Naxçıvanda istifadə olunacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Azerbaijan Energy Automotive Factory”  MMC (VÖEN – 1703890241) 7 noyabr 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbai rayonu, Azadlıq prospekti ev 1-də yerləşən MMC-nin qanuni təmsilçisi Rüstəmov Tariyel Nazim oğludur. Tariyel Rüstəmov eyni zamanda 2020-ci ildə eyni ünvanda, eyni nizamnamə kapitalı ilə qeydiyyata alınan “Electrify Azerbaijan” MMC-nin (VÖEN – 1702962591) qanuni təmsilçisidir.
Onu da bildirək ki, bu şirkətlərin qeydiyyatda olduğu ünvanda – Səbail rayonu, Azadlıq prospekti ev 1-də məşhur iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun rəhbərlik etdiyi “İSR Holdinq LLC” MMC də (VÖEN – 1700635161) qeydiyyatdadır. Tariyel Rüstəmov eyni zamanda 2016-cı ilin aprel ayından “İSR Holdinq”in maliyyə direktorudur.

Məlumat üçün bildirək ki, “İSR Holdinq”in təsisçisi olan İsgəndər Xəlilov 1955-ci ildə Bakıda anadan olub. 1988-ci ildən 1991-ci ilə qədər “LUKoyl” şirkəti prezidentinin məsləhətçisi olub. 1991-ci ildə “LUKoyl - Azərbaycan” Neft Şirkətinin direktorlar şurasının sədri seçilib. 1996-cı ildən 2000-ci ilə qədər “LUKoyl - Türkiyə” nümayəndəliyinin İdarə Heyətinin rəhbəri olub.
Hazırda İsgəndər Xəlilovun kiçik oğlu Rauf Xəlilovun rəhbərlik etdiyi “İSR Holdinq”in rəsmi saytında qeyd olunur ki, şirkət 1995-ci ildə təsis edilib və fəaliyyət sahəsinə otelçilik, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış, avtomobil istehsalı və s. kimi sahələr daxildir.
Holdinq öz müəssisələri ilə yanaşı, “Park Inn by Radisson”, “Hilton”, “Toyota”, “Lexus”, “Zara”, “Bershka” və s. kimi bir sıra məşhur beynəlxalq brendlərin də təmsilçisidir.

Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Sentyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri