İsgəndər Xəlilovun oğluna məxsus 10 şirkət: sərvəti açıqlandı SİYAHI
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Azərbaycan əsilli məşhur iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun Rusiyada pay sahibi olduğu şirkətlərdən bəziləri ötən il üçün maliyyə hesabatlarını açıqlayıblar.
Mia.az-ın məlumatına görə, Yeniavaz.com şirkətlərin açıqladığı maliyyə hesabatına istinadən bildirir ki, ötən il ən yüksək gəliri Rəhman Xəlilovun 100% paya sahib olduğu “Reilqo” şirkəti əldə edib.
“Reilqo”nun ötənilki qazancı 50 milyard rubl (602 milyon dollar) olub. “Reilqo” şirkəti Xəzər dənizi və Gürcüstan üzərindən neft məhsullarının tranzitini həyata keçirir.
Qeyd edək ki, maliyyə hesabatı açıqlayan 10 şirkətin ümumi gəliri 62 milyard 480 milyon rubl (752,77 milyon dollar) olub.
Aşağıdakı cədvəldə Rəhman Xəlilova məxsus şirkətlər yer alıb.
Onu da bildirək ki, İsgəndər Xəlilovun kiçik oğlu Rauf Xəlilov Azərbaycanın ən böyük holdinqlərindən biri olan “İSR Holdinq”ə rəhbərlik edir. Holdinq 1995-ci ildə təsis edilib və fəaliyyət sahəsinə otelçilik, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış, avtomobil istehsalı və s. kimi sahələr daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 06 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















